Böyük hücuma hazırlaşan Rusiyaya ağır zərbə - Əməliyyat dayandırıldı
Rusiya yaxın həftələrdə Ukraynanın şərqinə hücumlarını gücləndirməyə hazırlaşır. Amma belə genişmiqyaslı hücum əməliyyatına başlamaq üçün lazım olan resursları yoxdur.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Amerikalı analitiklər qeyd edirlər ki, Rusiya media qurumları Kremlin böyük hücum perspektivləri ilə bağlı ruhdan düşmüş görünürlər. Bir sıra mənbələr açıq şəkildə Putin administrasiyasının rəsmilərini əlçatmaz gözləntilər yaratmaqda ittiham edirlər.
"İşğalçıların Donetsk vilayətinin Vuqledar şəhəri ətrafındakı taktiki uğursuzluqları ilə bağlı məlumatlar rusların ordunun həlledici hücum əməliyyatına başlamağa qadir olduğuna inamını daha da zəiflədib", - təhlildə vurğulanır.
ISW Kremlə yaxın mənbəyə istinadən iddia edir ki, ruslar Vuqledar yaxınlığında ilk günlərdə sürətlə irəliləyə bilməyib. Bundan əlavə, Ukrayna qüvvələrinin öz ehtiyatlarını bu ərazidə sürətlə yerləşdirməsi nəticəsində ruslar təşəbbüsü itiriblər.
Mənbə rus ordusunun kolonunun Vuqledar yaxınlığında məhv edilməsindən sonra rusların şəhərə hücumlarını dayandırdıqlarını da bildirir. ISW Rusiyanın növbəti hücumunda təkrar uğursuzluqla üzləşəcəyindən ehtiyat etdiyini vurğulayır./Teleqraf
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 999 Tarix: 12 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Belçikada kütləvi tətil nəqliyyat və məktəblərin işini pozub
Belçikada dövlət sektoru işçilərinin büdcə xərclərinin planlaşdırılan ixtisarına qarşı ümummilli tətili ictimai nəqliyyatın, dəmiryolu əlaqəsinin, məktəblərin və dövlət teleradio yayımının işində fasilələrə səbəb olub. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Tətil federal büdcəni
12 oktyabrAİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək
Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərl
11 oktyabrTramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı
ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"
11 oktyabrMarsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?
Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir. Qaynarinfo xəbər verir ki, bu barəd
12 oktyabrGömrükdən 67 piton keçirənlər saxlanıldı
Türkiyənin Ədirnə vilayətindəki Kapıkule gömrük-keçid məntəqəsində ölkəyə qanunsuz gətirilməsinə cəhd edilən 67 canlı piton aşkarlanıb. yerli mediaya istinadla xəbər verir ki, şübhəli şəxslərə ümumilikdə 948 min 739 (32 735 manat) lirə inzibati cərimə tətbiq olunub. Bildirilib ki, vəhşi təbiətə təhlük
11 oktyabr