Qətər Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım aparan daha 3 təyyarə göndərib
Qətər zəlzələlərdən zərər çəkmiş bölgələrdə yaraları sağaltmaq üçün Türkiyəyə daha 3 təyyarə göndərib.
Sonxeber.az xəbər verir ki, Qətərdəki xeyriyyəçilərin Türkiyəyə göndərdiyi son yardımla bağlı məlumat Türkiyənin Dohadakı səfirliyinin Twitter hesabında paylaşılıb.
"Zəlzələ bölgəsinin təcili ehtiyacı çərçivəsində Qətərdəki xeyirxah qardaşlarımızın bağışladığı 90 səyyar tualet, 25 generator və Qətər Silahlı Qüvvələrinə aid 3 fərqli C-17 təyyarəsi Adana/İncirlik Hava Bazasına yola düşəcək. Qətərin bu çətin zamanda həmrəyliyini heç vaxt unutmayacağıq",- deyə bildirilib.
Qeyd edək ki, Qətər zəlzələnin ilk günündən yaratdığı hava körpüsü ilə Türkiyə və Suriyaya müxtəlif yardımlar göndərmişdi.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari fevralın 17-də verdiyi açıqlamada ölkəsinin Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş şəxslərə verdiyi ərzaq, sağlamlıq və digər humanitar yardımların 253 milyon riala (70 milyon dollar) çatdığını bildirib.
Türkiyəyə axtarış-xilasetmə qrupu göndərən Qətər digər ölkələrdən də Türkiyəyə yardım çatdırıb.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1134 Tarix: 20 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11 oktyabr"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, kanalın "YouTube" hesabında Türkiyənin Diyarbəkir şəhərind
12 oktyabrABŞ-də atışma: Evdə beş nəfərin meyiti tapıldı
ABŞ-nin Corciya ştatının Duqlas şəhərində yerləşən yaşayış evlərinin birində baş verən atışma nəticəsində beş nəfər həyatını itirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib. Məlumata görə, gecə saatlarında polisə atəş səsləri barədə məlumat daxi
10 oktyabrİndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met
12 oktyabr