Ərin məmur arvadını və ustanı öldürməsinin TƏFƏRRÜATI
İki gün əvvəl Tərtərdə Asəf Məmmədovun həyat yoldaşı Gülnar Məmmədovanı və həyətdə usta işləyən Namiq Allahverdiyevi qətlə yetirdiyi hadisənin bəzi detalları üzə çıxıb.
"Qafqazinfo" xəbər verir ki, ilkin araşdırma zamanı məlum olub ki, A.Məmmədov həyat yoldaşını digər şəxsdən bir neçə saat əvvəl qətlə yetirib. Belə ki, 44 yaşlı şəxsin gecə saatlarında yaşadığı evdə arvadı Gülnar Məmmədovanı çoxsaylı bıçaq xəsarəti ilə öldürdüyü və meyitini evdə saxladığı müəyyənləşib.
Bundan sonra A.Məmmədov yaşadığı evin həyətinə bitişik yerləşən, əmisinə məxsus həyətdə usta işləyən N.Allahverdiyevin gəlməsini gözləyib. Atası ilə birgə işlədiyi həyətə gələn 32 yaşlı Namiq Asəfin qəfil hücumuna məruz qalıb. N.Allahverdiyevə atəş açan Asəf daha sonra polisə təslim olub. Bundan sonra onun gecə saatlarında yaşadığı evdə arvadını öldürməsi də məlum olub.
Qeyd edək ki, qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olub. Bundan əvvəl isə G.Məmmədova rayonda fəaliyyət göstərən bankda işləyib. Onu qətlə yetirən həyat yoldaşının isə işsiz olduğu qeyd edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 3407 Tarix: 21 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ
22 sentyabrXırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib
Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is
3 avqustArvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
Bakıda həyat yoldaşını marketdə autizmli övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat
21 sentyabrQisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş
5 sentyabrOğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu
8 avqustAzərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs
14 sentyabrGədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili
31 avqustQisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre
21 sentyabr