Cənubi Koreya və ABŞ təlimləri davam etdirəcək
Cənubi Koreya və ABŞ Şimali Koreyanın təhdidlərinə baxmayaraq "Azadlıq Qalxanı" adlı illik hərbi təlimlərini planlaşdırıldığı kimi davam etdirəcək.
Sonxeber.az xəbər verir ki, ABŞ və Cənubi Koreya ordusu sözçülərinin birgə keçirdiyi mətbuat konfransında 13-23 mart tarixlərində keçiriləcək hərbi təlimin müdafiə sahəsində əməkdaşlığın yaxşılaşdırılması məqsədi daşıdığı bildirilib.
Qeyd olunub ki, "Azadlıq Qalxanı" təlimində Şimali Koreyanın "aqressiv" hərəkətləri və son münaqişələrdən çıxardığı dərslər diqqət mərkəzində olacaq.
ABŞ ordusunun sözçüsü polkovnik İsaak L. Taylor isə təlimdə əməliyyat imkanlarını artırmaq üçün "Döyüşçü Qalxanı FTX" adlı bir sıra geniş miqyaslı ortaq səhra təlimləri təşkil edəcəklərini bildirib
Şimali Koreyanın keçən il keçirdiyi raket sınaqları və Cənubi Koreya ilə ABŞ-ın birgə hərbi təlimi bölgədəki gərginliyi bir daha artırmışdı.
Şərqə və qərbə müxtəlif tipli və diapazonlu 90-dan çox raket buraxan Pxenyan administrasiyası 2022-ci ilin noyabrında cəmi bir gündə 23 raket atıb.
Pxenyan da 2023-cü ilin ilk saatlarında ballistik raket sınağı keçirib.
Şimali Koreyanın son həftələrdə raket sınaqlarını artırmasına cavab olaraq Cənubi Koreya ABŞ-la birlikdə hava təlimləri keçirdiklərini bildirdi.
Şimali Koreya fevralın 24-də ABŞ-ın Koreya yarımadasında düşmənçilik fəaliyyətini davam etdirməsini müharibə elanı hesab edəcəyini açıqlayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Belə pomidorları almayın
Ailələrə uşaq sayına görə pul veriləcək?