ABŞ-də "beyin yeyən amöb" can aldı - FOTO
ABŞ-nin Florida ştatının sakinini "beyin yeyən amöb" öldürüb.
Florida səhiyyə mütəxəssisləri onun burun deşiklərini kran suyu ilə yuduqdan sonra amöbün orqanizminə düşdüyünü açıqlayıblar.
Dövlət Səhiyyə Təşkilatının sözçüsü xəstənin öldüyünü təsdiqləyib.
"Naegleria fowleri" adlanan təkhüceyrəli amöb beyində infeksiyaya yol açır və çox vaxt ölümcül olur. Əsasən, göl və çay kimi şirin sularda rast gəlinən təkhüceyrəli "Naegleria fowleri" yalnız burun yolu ilə orqanizmə daxil olur və insandan-insana keçmir.
Qoxu kanalına daxil olan amöblər burunun selikli qişasından keçərək qoxu siniri vasitəsilə onurğa-beyin mayesində və beyində yerləşir, ölümcül xəstəlik olan meningitin yaranmasına səbəb olurlar.
Bu amöblə yoluxan insanlarda boyun və baş ağrısı, həmçinin yüksək hərarət, ürəkbulanma və qusma kimi simptomlar özünü göstərir. Xəstələrin çoxu, adətən, bir həftə ərzində həyatını itirir. Əksər yoluxma hallarında qısa müddət ərzində şüur bulanıqlığı, koma və ölüm baş verir.
"Beyin yeyən amöb" buruna daxil olan çirkli su ilə yoluxur. Çox nadir hallarda kifayət qədər xlorlanmamış hovuzlara baş vurulması və ya burunun amöblə çirklənmiş su ilə təmizlənməsi nəticəsində bədənə daxil ola bilir./Oxu.az





Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1217 Tarix: 04 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
London polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır
Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə
10 oktyabrAtilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Axşam.az-ın məlumatına görə, Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqların
11 oktyabrABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi
ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş
11 oktyabrBritaniya Parlamentində keçmiş baş nazir Kir Starmerin yerini kim tutacaq?
Böyük Britaniyada Leyboristlər Partiyasının təmsilçisi, əslən Somalidən olan Saqal Abdi-Vali Böyük Britaniyanın Holborn və Sent-Pankras seçki dairəsində keçirilən təkrar seçkidə qələbə qazanıb. O, 11 il ərzində sözügedən dairəni parlamentdə təmsil edən Böyük Britaniyanın sabiq baş naziri Kir Starmer
11 oktyabrİsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"
11 oktyabrTürk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını
11 oktyabrFinlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb
Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard
11 oktyabr