Premyer Liqa: "Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Mərkəzi görüşdə "Qarabağ" "Qəbələ"nin qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 3:1.
Hesabı 31-ci dəqiqədə meydan sahiblərindən İsnik Alimi açıb. Lakin əyalət klubunun sevinci cəmi 7 dəqiqə davam edib. 38-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən "köhlən atlar"ın hücumçusu Ramil Şeydayev hesabı bərabərləşdirib. 55-ci dəqiqədə Musa Qurbanlı "Qarabağ"ın 2-ci qolunu vurub. Oyunda son nöqtəni isə Şeydayev qoyub. 27 yaşlı forvard bu dəfə də 11 metrlik cərimə zərbəsini boşa verməyib.
Bu qələbə ilə xallarını 65-ə çatdıran "Qarabağ" liderliyini qoruyub. 32 xalı olan "Qəbələ" isə 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun "Zirə" - "Şamaxı" matçında qalib müəyyənləşməyib - 2:2. "Sumqayıt" "Səbail"i 1:0, "Sabah" isə "Kəpəz"i 2:0 hesabı ilə üstələyib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 952 Tarix: 05 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan UEFA reytinqində neçəncidir?
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Qaynarinfo xəbər verir ki, ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb. Ötən gün "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun əlavə vaxtında Bakıda "Tvente"yə uduzub - 1:4. Azərbaycanın cari mövsüm qazandığ
28 avqust"Fənərbağça" azarkeşi "Beşiktaş"la oyunda ürəktutmadan vəfat edib
Türkiyə Superliqasının IV turunda baş tutmuş "Fənərbağça" - "Beşiktaş" oyununu tribunadan izləyən azarkeşlərdən biri vəfat edib. "Report"un məlumatına görə, meydan sahiblərinin fanatı Yaşar Gerçek ürəktutmadan həyatını itirib. Hər iki klub tərəfdarın ölümü ilə bağlı başsağlığ
6 sentyabrAvarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə ölkə çempionatının qalibləri müəyyənləşib. Bu barədə -a AKAF-ın mətbuat xidmətindən məlumat verilib. İkinci yarış günündə avarçəkənlər 16 dəst medal uğrunda mübariz
3 sentyabr"Qarabağ"ın yeni transferləri oyunu stadiondan izləyirlər
"Qarabağ"ın yeni transferləri olan Taofik İsmael və Reda Khadra komandanın "Tvente"yə qarşı keçirilən pley-off mərhələsinin matçını stadiondan izləyirlər. "Qafqazinfo" xəbər verir ki, hər iki futbolçu VİP lojada yer alır. Belə ki, "Tvente" ilə matçın fasiləsind
27 avqustElvin Cəfərquliyev əməliyyat olundu
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən futbolçumuz Elvin Cəfərquliyev əməliyyat olunub. xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunu
2 sentyabrNeymar ciddi zədə aldı, klubu açıqlama yaydı
Braziliya milli komandası tarixində ən yaxşı bombardir, "Santos"un hücumçusu Neymar "Palmeyras"la oyunda sağ budundan zədə alıb. -ın xəbərinə görə, bu barədə Braziliya klubunun mətbuat xidməti "X" hesabında məlumat verib. Braziliya Kubokunun dörddəbir finalının cavab oyun
5 sentyabrAzərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb
Misli Premyer Liqasında IV turun oyunlarına təyinatlar açıqlanıb. xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Misli Premyer Liqası. I dövrə, IV tur. 4 sentyabr. 18:00. "Qəbələ" - "İmişli". Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
3 sentyabrBenzema bu klubda pulsuz oynamağa razı oldu
Səudiyyəlilər oyunçunu buraxmaqdan imtina ediblər və bu da hücumçunun doğma çempionatına potensial qayıtmasına mane olub. -ın xarici mediaya istinadən məlumatına görə, fransız hücumçusu Kərim Benzema Liona qayıtmaq niyyətindədir. Xatırladaq ki, 38 yaşlı oyunçu "Lion"un gənclər sisteminin yetirməsidi
7 sentyabr