Övladlarını qumbara ilə partladıb öldürməyə cəhddə ittiham olunan şəxsin məhkəməsi keçirildi
12 il öncə boşandığı həyat yoldaşını, qayınanasını və övladlarını qumbara ilə partladıb öldürməyə cəhddə ittiham olunan İntizam Nəcəfovun məhkəməsi keçirilib.
"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə dindirilən Nəcəfov özünü təqsirli bilməyib.
O, ifadəsində deyib ki, ittiham yalandır, əgər onları öldürmək niyyəti olsaydı, qumbaranı həyətdəki boş sahəyə yox, evin içinə atardı: "Mən özümü ancaq silaha görə təqsirli bilirəm. Nə evə ziyan vurmuşam, nə də kimisə öldürmək niyyətim olub. Belə niyyətim olsaydı, uzaqdan evin içinə atardım, heç kim də maneə ola bilməzdi".
Onun keçmiş həyat yoldaşı S.Əhmədova da eks-ərinin dediklərini təsdiqləyib. Əhmədova məhkəmədə bildirib ki, ittihamda yazılanların bir çoxu həqiqətəuyğun deyil: "İttihamda haqsız şeylər yazılıb. O yazılanların heç biri olmayıb. Məsələn, bizim evimizdə qumbaradan dağıntı olmayıb. Qızlarımın məhkəməyə gəlməsini istəmirəm".
Qeyd edək ki, hadisə 2022-ci ilin avqustunda Pirşağı qəsəbəsindəki evlərdən birində baş verib. Cinayət işinin materiallarında iddia olunur ki, 40 yaşlı Nəcəfov həmin vaxt narkotik maddənin təsiri altında olub. O, "F-1" qumbarasını evə atmaq istəyəndə qızı mane olub və qumbara bağ sahəsinə düşüb.
Nəcəfovla Əhmədovanın birgə nikahından üç övladı var.
İ.Nəcəfovun ittiham olunduğu özgə əmlakına zərər vurma və ya məhv etmə, qanunsuz silah saxlama, iki və daha çox adamı öldürməyə cəhd kimi əməllərə görə qanunda 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Onun qumbaranı necə əldə etməsinə gəlincə, Nəcəfov istintaqda bildirib ki, 2020-ci ildə Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibədən sonra Qarabağ zonasında işləyib. Onun sözlərinə görə, qumbaraları da həmin vaxt oradan taparaq götürüb.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilmişdi ki, 1983-cü il təvəllüdlü İntizam Nəcəfov ailəsi ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş tələb edib.
Gecə saat 3 radələrində Nəcəfov iki qumbara götürərək keçmiş ailəsinin yaşadığı ünvana gedib. O, əvvəlcə qumbaraların birini evin divarı yaxınlığına atıb və eks-arvadının küçə qapısını açmasını tələb edib. Partlayış səsinə qonşular gəlib və dərhal polisə məlumat verilib. İntizam Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş ailə üzvləri qapını açmayaraq evdə gizlənib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1997 Tarix: 11 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ
22 sentyabrXırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib
Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is
3 avqustArvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
Bakıda həyat yoldaşını marketdə autizmli övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat
21 sentyabrQisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş
5 sentyabrOğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu
8 avqustAzərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs
14 sentyabrGədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili
31 avqustQisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre
21 sentyabr