Tbilisidə yenidən etiraz aksiyaları başlayıb
Gürcüstan parlamentinin binası qarşısındakı Rustaveli meydanında müxalifət partiyası olan "Mühafizəkarlar Hərəkatı" tərəfdarlarının aksiyası keçirilir.
Budəfəki aksiyaçılar "Xarici agentlər haqqında" qanun layihəsini dəstəkləyir və buna etiraz bildirənləri tənqid edirlər. İştirakçılar arasında keşişlər də görünüb.
Mitinqin təşkilatçılarından biri və mühafizəkar hərəkatın lideri Zura Maxaradzenin sözlərinə görə, martın 7-9-da "xarici agentlər" haqqında qanunun qəbuluna qarşı yönəlmiş mitinqlər zamanı "mühafizəkarlar" və onların yaratdığı "Alt-info" İnternet platformasına qarşı təhdidlər olub.
"Heç kim bizi hədələməyə cürət edə bilməz. Kiminsə bizə deyəcək sözü varsa, qorxaq deyillərsə parlamentə gəlsinlər", - deyə Maxaradze bildirib.
Aksiya-yürüş iştirakçıları "Gürcüstan", "Yaşasın Gürcüstan", "Hər şeydən əvvəl Gürcüstan" şüarları səsləndirirlər.
Bundan əlavə, partiya liderləri və üzvləri tərəfindən edilən çağırışlar arasında hakimiyyətin ölkəyə xarici təsirlərdən imtina etməsi və Gürcüstan xalqı, onların maraqlarına (o cümlədə "xarici agentlər haqqında" qanun layihəsi məsələsində) üstünlük verməsi olub.\oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 748 Tarix: 14 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran Hörmüz boğazı ilə bağlı geri addım atdı
İran ABŞ ilə münaqişənin nizamlanmasına dair mümkün saziş çərçivəsində Hörmüz boğazından keçən gəmilərdən rüsum almamağa razılaşıb. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb. "İran strateji boğazı açacaq v
14 iyunBu ölkəyə gedəndə burka geyinmək qadağandır
İspaniyanın məşhur turistik adalarında ənənəvi müsəlman geyim növlərindən birinin qadağan olunması gündəmə gəlib. xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Balear adalarında burkanın (gözlər daxil bədənin bütün əzalarının bağlı olduğu geyim növü) geyinilməsinə qadağa tətbiq oluna bilər. Qaydan
15 iyunİsrael Katz: İsrail İrana qarşı hərəkət azadlığını qorumalıdır
İsrail gələcəkdə İrana qarşı müstəqil hərəkət etmək qabiliyyətini saxlamaq niyyətindədir. "Report"un məlumatına görə, İsrailin müdafiə naziri İsrael Katz bunu "X" sosial media platformasında yazıb. "İsrail gələcəkdə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün müstəqi
14 iyun"Reuters": BƏƏ İranın dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın əvvəllər dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirməyə razılaşıb. "Report" xəbər verir ki, "Reuters" bu barədə mənbələrə istinadən məlumat yayıb. İki mənbənin məlumatına görə, BƏƏ ümumilikdə 10 milyard dollar dəyərində səhmləri aktivləşdirməy
14 iyun