Avropada ilk qətlin qurbanı tapıldı
Fransanın Bordo Universitetinin antropoloqları Avropa tarixində müasir insan növünün qətlinin ilk qurbanı olmuş kromanyon adamı tapıblar.
Alimlərin fikrincə, müasir insanın qədim əcdadı Kromanyon mağarasında (Fransanın cənub-qərbində yerləşən kromanyonların ən qədim qaya sığınacağı) təqibçisindən gizlənməyə çalışıb, lakin o, daş balta ilə başından vurulub. Zərbə qədim insan üçün ölümcül olub.
Qeyd edək ki, elm adamları mağaranı ötən əsrdə tapıblar. Orada dörd böyük və dörd uşağın qalıqları olub. Sümüklər arasında antropoloqlar ön hissədə şübhəli dəliyi olan kəllə aşkar ediblər.
Alimlər kompüter tomoqrafiyasından istifadə edərək əldə edilən məlumatlar əsasında qədim insanın başının 3D rekonstruksiyasını yaradıblar. Komanda ortaya çıxan modeli travmatik beyin zədəsinin digər nümunələri ilə müqayisə edib.
Onların fikrincə, çox güman ki, kişi vurulub və bundan sonra sağ qalsa da, zərbə nəticəsində meningit xəstəliyinə tutularaq ölüb. Əgər tədqiqatçıların versiyası həqiqətə uyğundursa, bu, Avropada müasir insana qarşı zorakı hücumun ilk sübutudur./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2516 Tarix: 15 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11 oktyabr"Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy
11 oktyabrRubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11 oktyabrABŞ-də atışma: Evdə beş nəfərin meyiti tapıldı
ABŞ-nin Corciya ştatının Duqlas şəhərində yerləşən yaşayış evlərinin birində baş verən atışma nəticəsində beş nəfər həyatını itirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib. Məlumata görə, gecə saatlarında polisə atəş səsləri barədə məlumat daxi
10 oktyabrABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi
ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş
11 oktyabr