Ürəkdən gedənlər... - Qəfil ölümlərin səbəbi nədir?

Ürəkdən gedənlər... - Qəfil ölümlərin səbəbi nədir?Artıq bir müddətdir ki, ardıcıl olaraq ürəktutmadan qəfil ölüm hadisələrinin şahidi oluruq. Hətta 30, 40, 50 yaşlı şəxslər arasında bu səbəbdən ölümlər adi hal alıb.

Bu ayın əvvəli 48 yaşlı tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatı cəmiyyətdə böyük narahatlıq yaratmışdı. TƏBİB din xadiminin qəfil ürəktutmadan vəfat etdiyini açıqlamışdı. Elə ötən gün "Space" TV-nin orta yaşlı mühafizə rəisi Nahid İsmayılovun yaşadığı evdə ürəktutmadan öldüyü müəyyən edildi. Ondan bir neçə gün qabaq isə Penitensiar Xidmətin mətbuat katibi, 59 yaşlı Mehman Sadıqov ürəktutmadan vəfat etmişdi. Ümumiyyətlə, ötən həftə ərzində bir neçə belə sarsıdıcı hadisənin şahidi olduq. Babək prospektində sürücü Elçin Qazıbəyovun idarəetməni itirməsi nəticəsində maşını piyadaların üzərinə sürdüyü məlumatı yayılsa da, əslində onun sükan arxasında halının pisləşdiyi məlum oldu. Belə ki, sürücü ürəktutmadan həyatını itirdi. Həmçinin metro və marşrut avtobuslarından istifadə edən sərnişinlər arasında da bu səbəbdən ölüm halları əvvəlki dövrlərlə müqayisədə daha tez-tez təkrarlanır.

Qəfil ürəktutmalardan ölüm hallarının çoxalması sosial şəbəkələrdə də müzakirə edilən mövzulardandır. Belə ehtimallar var ki, bu xəstəlikdən ölüm halları COVID-19 pandemiyasının yayılmasından sonra aktuallaşıb. İddia olunur ki, koronavirusa yoluxan şəxslərdə gizli ürək problemləri başlayır.

Ürəkdən gedənlər... - Qəfil ölümlərin səbəbi nədir?Ürək-damar cərrahı, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov hesab edir ki, ürək-damar xəstəliklərinə bağlı ölümlər həm ölkəmizdə, həm də dünyada həmişə ilk sırada olub: "Koronavirus xəstəliyinin ağciyər başda olmaqla, qan dövranı sisteminə zərərləri var. Lakin bunların heç biri qalıcı deyil. Bu gün ortalıqda istər ağciyərdə, istərsə də başqa orqanlarda qalıcı yan təsirinin olduğunu sübuta yetirən heç bir tədqiqat yoxdur. İddialar var idi, onlar da zaman içində çürüdü. Dünya statistikasına baxdığımız zaman görmək olar ki, istər ölkəmiz üçün, istərsə də dünyada ürək-damar sistemi xəstəliklərinə bağlı ölüm və infarktlar həmişə bir nömrəli xəstəlik olub və bu gün də davam edir. Gözləmədiyimiz, gənc insanlar həyatını itirdiyi zaman biz COVID xəstəliyi və ya digər baiskar axtarırıq. Halbuki günahkar ürək-damar xəstəliklərinin özüdür, onu yaradan risk faktorlarıdır, həyat tərzimizdir, vaxtında doğru müayinələrdən keçməmək və s. məsələlərdir".

R. Mahmudovun sözlərinə görə, bu gün koronar ürək-damar xəstəliyi - yəni ürəyin işemik xəstəliyi və infarkta bağlı ölümlərin koronavirus xəstəliyindən sonra getdikcə artması ilə əlaqədar sübuta yetirilmiş, elmi dərc edilmiş elə bir tədqiqat ortalıqda yoxdur: "Var olan tədqiqatlar isə kiçik tədqiqatlardır və sonuna qədər sübuta yetirilməyib".
Ürəkdən gedənlər... - Qəfil ölümlərin səbəbi nədir?Problemlə bağlı Səhiyyə Nazirliyinə də müraciət etdik. Nazirliyin mütəxəssis-eksperti, kardioloq Fərid Əliyev sorğumuza cavab olaraq pandemiyadan sonra ürək-damar xəstəliklərində artım olduğunu təsdiqlədi: "Bütün ölkələrdə koronovirus pandemiyasından sonrakı dövrdə ürək-damar xəstəliklərində bir artım olduğunun şahidi oluruq. Onun üçün ürək-damar xəstəliklərinə yol açan klassik risk faktorlarına əlavə bir risk faktoru həyatımıza daxil olub. Bu da COVID-19 infeksiyasına yoluxmuş olmaqdır".

Məsələ ilə əlaqədar bir neçə gün əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin yaydığı rəqəmlər də diqqətçəkəndir. Belə ki, Mərkəz ölümlə nəticələnən xəstəliklər içərisində ürək və qan-damar xəstəliklərinin üstünlük təşkil etdiyini açıqlayıb. Qurumun yayımladığı hesabata görə, təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir.

Mərkəz bu cür həyati risklərdən qorunmaq üçün vətəndaşları ilkin səhiyyə xidmətlərindən vaxtında yararlanmağa, tibbi müayinələrdən keçməyə çağırıb: "Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir".

Mərkəzin açıqlamasında bildirilir ki, ilkin səhiyyə xidməti müəssisələri ürək xəstəliklərinə erkən diaqnozun qoyulmasında və erkən müalicəyə başlanılmasında böyük rola malikdir. Ürək nahiyəsində küt ağrılar, sinədə göynəmə, təngnəfəslik, tez yorulma halları müşahidə edilərsə, dərhal ailə (sahə) həkimlərinə müraciət edilməlidir. Ürəyin işemik xəstəliklərində irsi, yaş faktorlarının da rolu var. Xüsusilə yaxın ailə üzvlərini bu xəstəliklər səbəbindən itirən insanların tibbi müayinələrə daha həssas yanaşmaları, ailə həkimləri ilə sıx əlaqə yaratmaları önəmlidir. O cümlədən, piylənmədən əziyyət çəkənlər, şəkərli diabet xəstələri, zərərli vərdişləri olan şəxslər, yaşlı insanlar, qanı tez laxtalanan, xolesterini yuxarı olan insanlar da əsas risk qrup hesab edilir.//qafqazinfo


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3027   Tarix: 16 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

7 noyabr
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

8 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

8 noyabr