Vladimir Putin Braziliyada həbs oluna bilər
Rusiya Prezidenti Vladimir Putin Braziliyaya səfər etsə, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilən order əsasında həbs oluna bilər.
Bu barədə "Report" Braziliyanın xarici işlər naziri Mauro Vieyranın bəyanatına istinadən xəbər verir.
"Beynəlxalq Cinayət Məhkəməsi üzvü olan ölkəyə səfər edən hər kəs problemlərlə üzləşə bilər, buna şübhəm yoxdur", - deyə nazir bildirib. Nazir Putinin ölkədə həbs olunmasının mümkünlüyünü bildirib, lakin əlavə edib ki, onun bu məsələ ilə bağlı rəsmi mövqeyi yoxdur.
Onun sözlərinə görə, Braziliya Beynəlxalq Cinayət Məhkəməsi qaydalarına hörmət edir və onlara əməl edir. O, ölkəsinin Rusiyanın Ukraynaya təcavüzünü pislədiyini də xatırladıb.
Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin Haaqadakı məhkəməyə hazırlıq palatası Rusiya prezidenti Vladimir Putin və prezidentin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün order verib.
Qeyd olunub ki, bu şəxslər əhalinin, xüsusən də uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiyası və köçürülməsindən ibarət olan hərbi cinayətlərdə iştirak edə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Gələcəkdə pensiyalar AZALACAQ
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?