Gəncədən Bakıyadək 50-60 dəfə qaydanı pozdu, öz qolunu dişlədi, həbs olundu
Gəncədən Bakıya qədər 50-60 dəfə manevr qaydalarını pozan sürücü avtoxulqan kimi həbs edilib.
Sonxeber.az Qayanrinfo-ya istinadən xəbər verir ki, 2001-ci il tarixdə Neftçala şəhərində anadan olmuş Zamir (şərti) "Renta car"dan icarəyə götürdüyü "Hyundai Elantra" markalı avtomobillə 20 mart 2023-cü il tarixdə, saat 20-21 radələrində Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən yol polisi tərəfindən saxlanılıb. Polislər onu 3 km izlədikdən sonra saxlaya biliblər. Həmin vaxt o, valideyni xəstə olduğuna görə avtomobili sürətlə idarə etdiyini etiraf edib.
Sürücü avtomobili idarə edərkən avtoxuliqanlıq hərəkətlərinə yol verib, çoxsaylı manevr qaydalarını pozub, xarici işıq cihazları nasaz vəziyyətdə olub. Sürücü avtoxuliqanlıq hərəkətlərinə yol verdiyini etiraf edərək bildirib ki, Gəncədən gəlir, bütün yolu belə sürüb, 50-60 dəfə manevr qaydalarını pozub. Məqsədi atası xəstə olduğuna görə evinə tez çatmaq olub.
Polislər tərəfindən avtomobil duracağa aparılıb, sürücü izahatı alındıqdan sonra artıq gecə olduğuna görə sərbəst buraxılıb.
Lakin səhəri gün onun mobil telefonuna zəng çatmayıb. 23 mart 2023-cü il tarixdə, saat təxminən 16:10 radələrində Zamir Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə gəlib, avtomobilin duracaqdan buraxılmasını tələb edib. Eyni zamanda bildirib ki, maşında 2750 manat pulu qalıb, indi yoxdur. Sürücü məhkəmədə onu da iddia edib ki, cibində səsyazan aparat olub və polislər onu sındırıblar.
Zamir onu da etiraf edib ki, yalnız sürət həddini aşmaqla manevr qaydalarını pozub, polislərə qarşı nalayiq ifadələr işlətməyib, onların qanuni tələblərinə tabe olmaqdan boyun qaçırmayıb.
Yol Polisi Xidmətinin İqrar adlı inspektoru izahatından bildirib ki, Zamirdən səs-küyü, nalayiq söyüşlər işlətməyi dayandırması tələb olunsa da, sakitləşməyib, şöbənin iş fəaliyyətini pozmağa davam edib, qolunu dişləyərək özünə xəsarət yetirməyə çalışıb. Buna görə ərazi üzrə xidmət həyata keçirən post-patrul xidməti əməkdaşları dəvət olunub. O, məcburi qaydada 25-ci Polis Şöbəsinə aparılıb.
Məhkəmənin qərarı ilə Zamir İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati həbs növü seçilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2129 Tarix: 25 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ
22 sentyabrXırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib
Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is
3 avqustArvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
Bakıda həyat yoldaşını marketdə autizmli övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat
21 sentyabrQisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş
5 sentyabrOğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu
8 avqustAzərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs
14 sentyabrGədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili
31 avqustQisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre
21 sentyabr