Ramazan orucu ilə digər aylarda tutulan orucun fərqi nədir? - AÇIQLAMA

Ramazan orucu ilə digər aylarda tutulan orucun fərqi nədir? - AÇIQLAMAİslam dininin ibadət ayinlərinin əsasını təşkil edən amillərdən biri də iman əhlinin Ramazan ayında sübh azanından şam azanına kimi oruc tutmasıdır. Ümumiyyətlə, oruc ibadəti tarixən bütün İlahi elçilərin (ə) şəriətində müəyyən fərqlərlə mövcud olub və bu barədə mənbələrdə müəyyən məlumatlar var. Odur ki, yəhudilər, xristianlar və digər dinlərin mənsubları şəriətlərinə uyğun olaraq oruc tutublar və tuturlar.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, ilahiyyatçı-alim Samid Quliyev deyib.

Müsəlmanların 1400 ilə yaxındır bu ayı oruc tutaraq qeyd etdiyini vurğulayan ilahiyyatçı-alim bildirib: "Oruc tutmaq Tövrat və İncildə təqdirlə qarşılanır, Həzrət Musa (ə) və Həzrət İsanın (ə) oruc tutması səmavi kitablarda hörmətlə xatırlanır. Bu baxımdan, oruc ibadəti səmavi dinləri birləşdirən amillərdən biridir.

Ramazan orucuna gəlincə, onun müsəlmanlara vacib olması Mədinə şəhərində hicrətin ikinci ilinin Şəban ayına təsadüf edir, baxmayaraq ki, Həzrət Muhəmməd (s) Ramazan orucunun vacib olmasına qədər də hər ayın müəyyən günlərində oruc olurdu. Hicrətin ikinci ilindən etibarən isə o Həzrət (s) Ramazan ayını oruclu keçirmiş, vəfat etdiyi ilə qədər (hicrətin 11-ci ili) 9 dəfə vacibi orucları icra etmiş, beş dəfə 29 gün, dörd dəfə isə 30 gün oruc olmuşdur".

"Ramazan" və "oruc" sözlərinin dilimizdə müxtəlif mənaları olduğunu deyən S.Quliyev bunlara belə aydınlıq gətirib: "Ərəb mənşəli "Ramazan" kəlməsi Azərbaycan dilinə tərcümədə 5 mənanı ifadə edir: Yaz mövsümünün sonunda, payızın əvvəlində yer üzünü toz-torpaqdan təmizləyən yağışın yağması; Şiddətli hərarətə, habelə günəş hərarətinin çox olmasına görə daşın və ya qumun qızıb hərarətli olması; Səhradan şəhərə qayıtmaq; Qılıncın tiyəsini və ya ox ucluğunu itiləmək üçün iki daşın arasına qoyub döymək; Hansısa vasitə ilə odda qızdırılaraq yandırıcı olan.

Qeyd edilən bu mənalar yanmaq, təmizlənmək, inkişaf etmək anlamına daha yaxındır. "Oruc" (saum) sözü isə lüğəvi mənada "özünü saxlama", "nəfsi meyil etdiyi şeylərdən saxlama, çəkinmə" kimi tərcümə olunur və termin olaraq digər aylarda tutulan qəza yaxud bəyənilən və ya Ramazan orucu kimi işlədilir".
QMİ əməkdaşı "Ramazan orucu ilə digər aylarda tutulan orucun fərqi nədir?" sualını belə cavablandırıb: "Ramazan orucunun əhəmiyyəti, insanlara verdiyi cismi və mənəvi faydaları həddindən artıq çoxdur. Bu faydalar içərisində günaha bulaşmamaq xüsusi yer tutur. Yəni, Ramazan ayı insanları günahlardan çəkindirərək peyğəmbərlərin (ə) tövsiyə etdiyi yola "siratəl-müstəqim"ə doğru aparır ki, bu da bütün bəşəriyyəti Allahın vacib və nəhy etdiklərindən çəkindirməyə təşviq edən "Qurani-Kərim"in ana xəttidir. İnsanlar bu ay vasitəsilə ən böyük qazancını əldə edərək peyğəmbərlərin (ə) qoyduğu yola doğru hərəkətə çıxırlar. Bu ayın prinsiplərini, fəzilət və əhəmiyyətini əks etdirən amillər arasında ixlas və iman anlayışı da seçilir. Necə ki, Həzrət Peyğəmbəri (s) buyurur: "İnsan, Ramazan ayının fəzilətini bilsəydi, ilin hamısının Ramazan olmasını istəyərdi".

İlahiyyatçı Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi cədvəldə bu il Azərbaycanda aprelin 9, 11, 13 və 17-də "Qədr" gecəsi olması ehtimalını deyib. "Qədr" gecəsinin müsəlmanlara hədiyyə olaraq verilməsinin Həzrət Peyğəmbərin (s) hədisində təsbit olunduğunu qeyd edən Samid Quliyev bu gecədə daha çox rəhmət mənasında yağış yağdığını, gecənin səhəri havada bulud, duman və bənzəri şey olmadığını, günəşin dəqiq və tərtəmiz işıldadığını, gecəni ibadətlə keçirənlərin ürəyində fərahlıq və rahatlıq his¬s olunduğunu qeyd edib.

QMİ-nin nümayəndəsi sonra Ramazan ayının ruhun paklaşmasının və imanın əsasını təşkil etdiyini, günahları "yandıraraq" pakladığını söyləyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 934   Tarix: 28 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

8 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr