İsrail qüvvələri 1 fələstinlini əsir götürüb
İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərinə basqın zamanı bir fələstinlini əsir götürüb.
Sonxeber.az xəbər verir ki, İsrail əsgərləri Nablus şəhərində bir çox məhəlləyə basqın edib.
Şahidlərin bildirdiyinə görə Nablusdakı Əsgər Qaçqınlar Düşərgəsinə basqın zamanı bir evi mühasirəyə alan İsrail qüvvələri ilə fələstinlilər arasında qarşıdurma baş verib.
İsrail əsgərləri onlara daş atan fələstinli gənclərə plastik və həqiqi güllə, eləcə də gözyaşardıcı qazla cavab verib, əsgərlərin əhatəsində olan evdən bir fələstinlini saxladıqdan sonra bölgədən geri çəkilib.
İsrail hələlik hadisə ilə bağlı açıqlama verməyib.
Son aylarda İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinə, xüsusilə Nablus və Ceninə tez-tez basqınlar təşkil edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1028 Tarix: 29 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənistanda hərbçi güllələnərək öldürülüb
Ermənistan silahlı qüvvələrində xidmət edən A.Q. adlı hərbçinin odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə meyiti tapılıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün "Telegram" kanalında məlumat paylaşıb. Onun sözlərinə görə, hazırd
10 oktyabrTramp: "Tayson döyüşmək istəmədiyim yeganə şəxsdir" - Video
ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir. Bu barədə "Fox News"a istinadən xəbər verir. Keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində nec
10 oktyabrİstanbulda bina çökdü: saxlanılanlar var
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala
8 oktyabrTibetdə buz dövrünə aid qədim buz aşkar edildi
Tibet yaylasında yaşı 128 min ildən çox ola bilən buz aşkar edilib. Dağ buzlağının dərin qatlarında qorunub saxlanılan bu buzun son buz dövrünə aid olduğu ehtimal edilir. Bu tapıntı alimlərə minilliklər ərzində regionda baş vermiş iqlim dəyişikliklərini daha yaxşı anlamağa kömək edə bilər. Qaynarinf
10 oktyabr