Bred Pitt Los-Ancelesdəki nəhəng malikanəsini görün neçəyə satdı - FOTO
Məşhur Hollivud aktyoru, 59 yaşlı Bred Pitt nəhayət Los-Ancelesdəki nəhəng malikanəsini 39 milyon dollara satıb. Həmin evi o, 1994-cü ildə 1,7 milyon dollara almışdı.
BiG.AZ xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Ev bir çox məşhurların yaşadığı mənzərəli Los-Felis bölgəsində yerləşir. Pitt özü heç vaxt bu evdə tək yaşamayıb. Burada o, keçmiş həyat yoldaşları Cennifer Eniston və Ancelina Coli ilə qalıb.
Məhz bu evdə Pitt və Coli 2005-ci ildə ilk Milad bayramlarını keçiriblər və 2016-cı ildə boşananadək 6 övladlarını böyüdüblər.
1915-ci ildə inşa edilən malikanənin təxminən 1000 kvadratmetr ərazisi var. Burada dörd yataq otağı, dörd hamam otağı, soba kamin, kitabxana, yemək otağı, mətbəx və qonaq otağı var. Ərazidə, həmçinin, kiçik qonaq evi, hovuz, tennis kortu və hətta rolik sürmək üçün meydança mövcuddur.
Evin landşaft dizaynı ilə Pitt şəxsən özü məşğul olub və bağını müxtəlif hərraclarda aldığı heykəllərlə bəzəyib. Əvvəl malikanənin ərazisi daha kiçik olub və 1990-cı illərdən bəri Pitt qonşu əraziləri alaraq buranı genişləndirib.
Şayiələrə görə, evin satışının səbəblərindən biri Bredin fransız model və dizayner İnes de Ramon ilə sevgi münasibətləridir. Aktyor Coli ilə uğursuz evliliyi barədə xatırlamadan, yeni həyata yeni məkada başlamaq istəyir.
Bundan başqa, Pittin keçmiş həyat yoldaşı da qonşuluqda yaşayır: boşandıqdan sonra Ancelina Los-Felisdə 25 milyon dollara ev alıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1588 Tarix: 30 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Erməni qadının meyiti tapıldı
İrəvanda müəmmalı hadisə baş verib. xəbər verir ki, Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin İctimai Polis Baş İdarəsinin Mərkəzi İdarəsinə Nar-Dos küçəsindəki 21 saylı binanın həyətində cəsəd olması barədə məlumat daxil olub. Hadisə yerində ictimai polis və patrul xidməti 79 yaşlı Yerevan sakin
10 avqustDünyanın yeganə vəhşi atı cəmi 12 heyvan sayəsində sağ qalıb
Prjevalski atı bu gün dünyada qalan yeganə həqiqi vəhşi at növü hesab olunur. Bu növün əcdadları təxminən 20 min il əvvəl çəkilmiş mağara rəsmlərində təsvir edilib. Hazırda Prjevalski atları Avropanın bəzi ölkələrində, o cümlədən Ukraynanın Çernobıl qoruğunda da yaşayır. Qaynarinfo xəbər verir ki, "Discove
10 avqustRusiya bir neçə yüz min insanı səfərbər etməyə hazırlaşır
"Rusiyanın səfərbərliyə hazırlıqları ilə bağlı hərbi kəşfiyyat hesabatı alınıb. Hər şey Rusiyanın daxili sənədləri ilə təsdiqlənir: onlar buna payızda, saxta parlament seçkilərindən dərhal sonra hazırlaşırlar". xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib. "Puti
12 avqustFransada restorana tez gedən cütlük lotereyada 10 milyon avro qazandı
Fransanın Dordon bölgəsində yaşayan ailə cütlüyü təsadüfən "Lotto" lotereyasında 10 milyon avro məbləğində böyük uduş əldə edib. xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb. Bildirilib ki, onlar restorana təyin olunmuş vaxtdan 20 dəqiqə əvvəl gəliblər və vaxt öldürmək üçün qonşu köşkdə
10 avqust"Aclıq daşları" yenidən göründü: Avropada şiddətli quraqlıq həyəcanı
Məhsulsuzluq riski ilə əlaqəli su səviyyəsinin kritik dərəcədə azalmasını göstərən "aclıq daşları" adlandırılan tarixi nişanlar Almaniyanın Saksoniya federal əyalətində Elba çayında uzunmüddətli quraqlıq səbəbindən üzə çıxıb. xəbər verir ki, bu barədə NTV telekanalı xəbər yayıb. Üzərində tarixlə
10 avqustYnet: "İsrail Hizbullahın pul damarlarını kəsir - "səssiz müharibə" güclənir
İsrail və ABŞ son aylarda Hizbullahın yalnız hərbi imkanlarına deyil, təşkilatın maliyyə sisteminə də zərbə vurmağa çalışır. Bank filiallarına, valyutadəyişmə məntəqələrinə və gəlir gətirən obyektlərə qarşı həyata keçirilən tədbirlər, Livan hökumətinin maliyyə sisteminə nəzarəti sərtləşdirməsi və İranda
10 avqustİspaniya İtaliyadan gələnlər üçün sərhəd nəzarəti tətbiq edir
İspaniya, Mərakeşdən İspaniyanın Seuta yarımanklavına görünməmiş kütləvi miqrant axınından sonra Romanın tətbiq etdiyi əvvəllər qoyduğu məhdudiyyətləri təkrarlayaraq, İtaliyadan gələn səyahətçilər üçün müvəqqəti sərhəd yoxlamaları elan etdi. xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyinin açıqlamasın
11 avqust