Əlixan İsmayılov yenidən Qazaxıstanın baş naziri oldu
Əlixan İsmayılov yenidən Qazaxıstan hökumətinin başçısı təyin edilib.
Sonxeber.az xəbər verir ki, Qazaxıstan Prezidentliyindən verilən məlumata görə, prezident Qasım Comərd Tokayev Amanat Partiyasının sədri Yerlan Koşanovu qəbul edib.
Koşanov bildirib ki, görüş zamanı Əlixan İsmayılovun baş nazir postuna namizədliyinin irəli sürülməsi barədə qərar qəbul ediblər.
Prezident Tokayev daha sonra parlament binasında baş nazirliyə namizədlə məsləhətləşmələr aparmaq üçün parlamentdəki 6 siyasi partiyanın rəhbərləri ilə görüşüb.
Daha sonra Assambleyanın plenar iclasında iştirak edən Tokayev İsmayılovun adını baş nazirin ofisinə təqdim edib.
İsmayılovun baş nazir olması üçün səsvermədə iştirak edən 97 deputatdan 82-si lehinə, 7-si isə əleyhinə səs verib. Digər 8 deputat isə bitərəf qalıb.
Beləliklə, İsmayılov yenidən baş nazir oldu.
Prezidentlikdən verilən başqa bir açıqlamada isə Tokayevin parlamentdə səsvermədən sonra İsmayılovun baş nazir təyin edilməsi ilə bağlı sərəncam imzaladığı bildirilib.
Martın 19-da ölkədə keçirilən parlament seçkilərindən sonra Qazaxıstan hökuməti konstitusiyaya uyğun olaraq dünən istefa verib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 824 Tarix: 30 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənistanda hərbçi güllələnərək öldürülüb
Ermənistan silahlı qüvvələrində xidmət edən A.Q. adlı hərbçinin odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə meyiti tapılıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün "Telegram" kanalında məlumat paylaşıb. Onun sözlərinə görə, hazırd
10 oktyabrTramp: "Tayson döyüşmək istəmədiyim yeganə şəxsdir" - Video
ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir. Bu barədə "Fox News"a istinadən xəbər verir. Keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində nec
10 oktyabrİstanbulda bina çökdü: saxlanılanlar var
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala
8 oktyabrTibetdə buz dövrünə aid qədim buz aşkar edildi
Tibet yaylasında yaşı 128 min ildən çox ola bilən buz aşkar edilib. Dağ buzlağının dərin qatlarında qorunub saxlanılan bu buzun son buz dövrünə aid olduğu ehtimal edilir. Bu tapıntı alimlərə minilliklər ərzində regionda baş vermiş iqlim dəyişikliklərini daha yaxşı anlamağa kömək edə bilər. Qaynarinf
10 oktyabr