"1918-ci ilin mart soyqırımı bəşər tarixinin ən qanlı cinayətlərindən biridir" - Deputat
"31 mart azərbaycanlıların soyqırımı insanlığa qarşı törədilən erməni vandalizmidir".
Bunu Sonxeber.az-a danışan deputat Cəbi Quliyev bildirib.
Deputat qeyd edib ki, 1918-ci ilin mart soyqırımı bəşər tarixinin ən qanlı cinayətlərdən biridir:
"Tarix boyu ermənilər azərbaycanlılara qarşı müxtəlif vaxtlarda soyqırımlar və terror aktları törədiblər. Bütün erməni vəhşiliklərinin məqsədi dənizdən dənizə "böyük Ermənistan" dövlətini yaratmaq olub. Bu mqsədlərinə çatmaq üçün də Ermənilər hər zaman dünyada baş verən əlverişli tarixi proseslərdən istifadə edərək azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə həyata keçiriblər. XIX əsrdə Çar Rusiyası tərəfindən İrandan Azərbaycan ərazilərinə köçürülən ermənilər 1905-ci ildə soydaşlarımıza qarşı böyük qətyamlar və vəhşiliklər törətdilər. Sonrakı dövrdə də ermənilər azərbaycanlılara qarşı vəhşiliklər törətməkdə davam ediblər. 1918-ci ilin mart qırğınları Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Bu tarixdə Qarabağda, Zəngəzurda, Şamaxıda, Qubada on minlərlə soydaşımız erməni vəhşiliyinin qurbanı olub. 1918-ci ilin mart-aprel aylarında daşnaq-bolşevik silahlı qüvvələri Bakı şəhərində və Bakı quberniyasına daxil olan digər qəzalarda misli görünməmiş vəhşiliklər, kütləvi qırğınlar törədiblər. 1918-ci ilin 30 mart tarixindən 3 aprel tarixinədək Bakı şəhərində, Qarabağda, Naxçıvanda və digər ərazilərdə ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirilib, 10 minlərlə soydaşımız öz doğma yurdlarını qovulublar. Ermənilər Bakıda azərbaycanlıların yaşadığı məhəllələrə hücum edərək qocaları, qadınları və uşaqları vəhşicəsinə qətlə yetirdilər. Şamaxı və Quba rayonlarında da ermənilər azərbaycanlılara qarşı soyqırımı cinayəti törətmişlər. Sonradan aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, burada insanlar odlu silahlarla öldürülməyib. Soydaşlarımız ermənilərə məxsus vəhşiliklə başları kəsilib, küt alətlərlə bədənlərinin müxtəlif yerlərinə mismar vurmaqla qətlə yetiriliblər".
Deputat vurğulayıb ki, ermənilərin vəhşilik və soyqırım siyasətinə məhz ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilib:
"Ulu öndərin 1998-ci ilin martın 26-da imzaladığı Fərmanla 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib. Bilirsiniz ki, 2007-ci ildə Qubada tikinti işlərinin aparılması ilə əlaqədar aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqlar aşkar edilmişdi. Həmin məzarlıqda 500-dək insan kəlləsi aşkarlanmışdır. Burada uşaqlar və qadınların da olduğu çoxlu sayda cəsədlər var idi. Aparılan tədqiqatlarla zamanı həmin cəsədlərin 1918- ci ildə ermənilər tərəfindən qətlə yetirilmiş insanlara aid olduğu sübuta yetirilib. Qubada törədilmiş bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması və gələcək nəsillərin yaddaşlarında qorunub saxlanılması məqsədi ilə cənab prezident İlham Əliyevin qərarı ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Bundan əlavə 100 il əvvəl ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Prezident cənab İlham Əliyev 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalamışdı. Cənab prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsinə ermənilər bütün yalanları ifşa edilmiş və "böyük Ermənistan" xülyası isə suya düşmüşdür. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində biz tək torpaqlarımızı işğaldan azad etmədik, həm də ermənilərin bu xülyasını da tarixin dərinliyinə dəfn etdik. Növbəti hədəfimiz isə məlumdur. Bütün doğma yurdlarından qovulan soydaşlarımızın ata-baba torpaqlarına geri qayıtmasıdır. Əminəm ki, cənab prezident İlham Əliyevlə tezliklə bütün hədəflərimizə çatacağıq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir
8 Noyabr - Şuşanın azad edildiyi gündür
Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"