Azərbaycanda kişi azadlığa buraxıldı, 35 dəqiqə sonra yenidən həbs edildi
Qubada həbsdən azad edilən şəxs 35 dəqiqə sonra yenidən həbs edilib.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə martın 26-da Quba Rayon Polis Şöbəsində baş verib.
Belə ki, martın 11-də Şabran rayonunun Uzunboyad kənd sakini olan 29 yaşlı Z.Səmədov (şərti) narkotik vasitələrdən istifadə ittihamına görə saxlanılıb və məhkəmənin qərarı ilə ona 15 sutka inzibati həbs cəzası verilib. Martın 26-da saat 19:00-da onun cəza müddəti başa çatıb.
İttihama görə, Quba Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanma Yerindən sərbəst buraxılan Z.Səmədov əsəbi halda təhqiramiz ifadələr işlətməyə başlayıb. Polisin ünvanına nalayiq ifadələr işlədən şəxs saat 19:35-də yenidən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddələri ilə protokol tərtib edilib və Quba Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə 29 yaşlı şəxs törətdiyi əməli etiraf edib: "Həmin vaxt əsəbi olduğum üçün orada xidmət edən polislərin tələblərinə tabe olmamışam, həmçinin hadisə vaxtı sərxoş halda olmuşam. Barəmdə yüngül cəza verilməsini xahiş edirəm".
Quba Rayon Məhkəməsinin qərarı ilə Z.Səmədova 10 sutka inzibati həbs cəzası verilib. Qərarda həbs etmənin əvvəlinin 26 mart saat 19:35-dən hesablanması qeyd edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1933 Tarix: 31 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan beton istehsalını avqustda 30 % artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrBu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün
20 sentyabrAzərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf
19 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrSentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK
21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm
19 sentyabrƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək
Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav
20 sentyabr