"1918-ci ilin mart soyqırımı təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir" - ŞƏRH

"1918-ci ilin mart soyqırımı təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir" - ŞƏRH"Mifik "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı törədilmiş 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.
Lakin nə o zaman, nə sonrakı dövrlərdə bu bəşəri cinayətə beynəlxalq ictimaiyyət lazımi diqqət yetirməmiş, beynəlxalq insan haqları təsisatları ötən bir əsrlik dövrdə dünya tarixində soyqırım və etnik təmizləmə cinayətlərinin ən dəhşətli nümunələrindən biri olan 1918-ci ilin martından başlanan, 2020-ci ilin noyabrına qədər fasilələrlə davam edən hadisələrə nəinki obyektiv, ümumiyyətlə, münasibət belə bildirməyiblər".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, o zaman Azərbaycan Xalq Cümhuriyyəti soyqırım hadisələrini araşdırmaq üçün Fövqəladə komissiya yaratmış, 31 mart 1919 və 1920-ci illər milli matəm günü kimi qeyd etmişdi.

"Lakin Sovet hakimiyyətinin qurulması ilə bu məsələ ətrafında nəinki araşdırmalar, ümumiyyətlə, müzakirə belə rəsmən dövriyyədən çıxarılmışdı. Müstəqillik qazandıqdan sonra tarixi həqiqətlərə obyektiv yanaşma imkanı yaransa da, 1991-1993-cü illərdə biz bu imkandan yararlana bilmədik. Baxmayaraq ki, müstəqillik aktı qəbul edilərkən biz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğumuzu bəyan etmişdik və Cümhuriyyətin yarımçıq qalan, prinsipial əhəmiyyət daşıyan işləri, o cümlədən soyqırım məsələsinə xüsusi həssas yanaşmalı idik. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart Soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi ilk dəfə yalnız 80 il sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. Dahi liderin 1998-ci ilin 26 martında imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanı ilə 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" kimi bəyan olunmuşdur.2018-ci il yanvarın 18-də isə soyqırım həqiqətlərinin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalanmışdır. Eyni zamanda möhtərəm cənab Prezidentin rəhbərliyi altında bizim mübarizəmiz yalnız hüquq müstəvisində davam etməmiş, Bakı, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələrin qisası, həm də 102 il sonra, 2020-ci ildə 44 günlük savaşda humanitar hüququ rəhbər tutulmaqla alınmış, bu vəhşiliklərin kökündə dayanan təcavüzkar erməni-daşnaksutyun ideologiyasına tarixinin ən ağır zərbəsi vurulmuşdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 851   Tarix: 31 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir

Məhsul şəhadətnaməsi ilə bağlı tələblər müəyyənləşir. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, mülkiyyətində, istifadəsind

20 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda 30 illik separatizmə son qoyan tarixi dönüş

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Cəmi 23 saat 50 dəqiqə davam edən hərbi əməliyyat nəticəsində Azərbaycanın öz ərazisində uzun illər mövcud olmu

19 sentyabr
.

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf

19 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

Sentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK

21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm

19 sentyabr
.

ƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək

Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav

20 sentyabr
.

Qarabağda separatizmin sonu: 23 saatlıq antiterror tədbirindən Şahramanyanın "özünü buraxma" fərmanına qədər

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin üç onillik tarixində ən mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi bir sutkadan az müddətdə yeni hərbi-siyasi reallıq yaratdı. Sentyabrın 20-də separatçı silahlı birləşmələrin atəşi

19 sentyabr