Səhiyyə Nazirliyi rəsmisindən vitaminlərlə bağlı ÇAĞIRIŞ
"Gərgin iş gününün sonunda yorğunluq hissi yaranır, bu, əslində vitamin çatışmazlığından qaynaqlana bilir. Hətta vitamin çatışmazlığı insanda bədən ağrılarına səbəb ola bilir".
Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin "Instagram" səhifəsində canlı yayımda Nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
O bildirib ki, bu kimi hallarda diaqnoz əsasında orqanizmin tələbatına uyğun olaraq A, D, E vitaminlərinin qəbulu çox önəmlidir.
Həkim onu da qeyd edib ki, vitamin çatışmazlığının simptomlarını hər kəs az-çox müşahidə edə bilsə də, həkim nəzarəti olmadan vitamin qəbulu düzgün deyil:
"Bu simptomlar müxtəlif xəstəliklərin ilkin əlamətləri də ola bilər. Bunu isə insan özü müəyyən edə bilməz. A, D, E, B vitaminləri özbaşına qəbul edilə bilməz. Halsızlıq minimum 30 xəstəliyin simptomu ola bilər. Əgər dəqiq diaqnoz qoyulmadan insan hər hansı vitamin qəbuluna başlayırsa və orqanizmin bu vitaminə ehtiyacı yoxdursa, bu, özlüyündə intoksikasiyaya gətirib çıxara bilər. Bu isə bədənə ziyandır. Normadan artıq qəbul edilən heç nə orqanizmə fayda verməz".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1140 Tarix: 05 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əmlak sahibləri üçün vacib dəyişiklik - 15 günə...
Daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı üçün vətəndaşlar tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq kateqoriyası bəzi hallarda dövlət kadastrında əksini tapan torpaq kateqoriyasından fərqlənir. Belə uyğunsuzluqların aradan qaldırılması məqsədilə qanunvericilikd
28 fevralŞamaxıda daha bir zəlzələ olub
Şamaxıda ikinci zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 16:05-də 3.3 maqnitudalı daha bir zəlzələ baş verib. 16:03. Şamaxıda zəlzələ olub. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublik
27 fevralNaxçıvanda mühüm vəzifə Fazil Məmmədova tapşırıldı
Bu ilin yanvarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparat rəhbəri vəzifəsindən uzaqlaşdırılan Ülvi Hüseynlinin səlahiyyətləri onun müavini Fazil Məmmədova tapşırılıb. "Teleqraf"a istinadən xəbər verir ki, məlumatı Fazil Məmmədov təsdiq edib. Qeyd edək ki, 1970-ci il təvəllüdlü Fazi
27 fevralHər bayram öncəsi hiss etdiyimiz sevincin psixoloji izahı nədir? - AÇIQLAMA
Bayram günləri yaxınlaşanda havada qəribə bir yüngüllük yaranır. Küçələr bəzədilir, evlərdə hazırlıq gedir, insanlar bir-birinə daha çox zəng edir. Sanki gündəlik həyatın ağırlığı bir qədər kənara çəkilir. Bəs bu sevinc hissinin psixoloji izahı nədir?. Psixoloq G.Qədirli bu barədə -a açıqlama verib:
27 fevralMartda 17 gün iş olmayacaq
Mart ayında qeyri-iş günlərinin sayı məlum olub. Qaynarinfo verir ki, gələn ay Azərbaycanda üç bayram qeyd olunacaq. Belə ki, martın 8-i Beynəlxalq Qadınlar Günü, martın 20-21-də isə Ramazan və Novruz bayramları qeyd olunacaq. Bu bayramlarla və şənbə-bazar günləri ilə bağlı martda 17 gün iş olmayacaq
28 fevralAzərbaycanda güclü zəlzələ gözlənilir? - RƏSMİ
Bildiyiniz kimi, Şamaxıda zəlzələ baş verəndən sonra avterşoklar qeydə alındı, hazırda davam edir. xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli məlumat verib. O bildiri
27 fevralFevralın son günü Bakıya sulu qar yağacaq
Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanı
27 fevral