92 yaşlı media maqnatı qəfil nişanını qaytardı
Avstraliya əsilli amerikalı media maqnatı Rupert Mördok beşinci həyat yoldaşı olacaq Enn Lesli Smitlə nişanını pozub.
BiG.AZ xəbər verir iki, bu barədə "Vanity Fair" məlumat yayıb.
92 yaşlı iş adamı martın 20-də 66 yaşlı Enn Lesli Smitə cəmi iki həftə əvvəl evlilik təklifi etdiyini açıqlayıb. Onların 2023-cü ilin yayına planlaşdırılan toyu ləğv edilib.
Mördok nişanı pozmasının səbəblərini şərh etməyib. Ona yaxın mənbələr səbəbin gəlinin dini baxışları olduğunu iddia edir.
Enn Lesli Smit keçmiş diş həkimi və 2008-ci ildə vəfat edən məşhur Amerika kantri müğənnisi və televiziya xadimi Çester Smithin dul arvadıdır. O, Mördokla 2022-ci ildə Los-Ancelesdə 200 digər qonaqla onun üzüm bağını ziyarət edərkən tanış olub. Nişan Müqəddəs Patrik günündə baş tutub, martın 14-də media maqnatı sevgilisinə brilyant üzük hədiyyə edib.
Qeyd edək ki, Rupert Mördok dünyanın ən böyük media maqnatlarından biridir. O, dünya üzrə yüzlərlə media orqanının daxil olduğu "News Corp Holdinq"in sahibidir.
Mördokun şirkətinə "The Wall Street Journal" və "New York Post"un Amerika nəşrləri, Britaniyanın "The Sun" və "The Times", "Fox News" və "Sky News Australia" telekanalları daxildir.
İş adamı 11 mart 1931-ci il tarixində anadan olub və ilk dəfə 1956-cı ildə evlənib. Ümumilikdə isə onun dörd həyat yoldaşı olub. Sonuncusu olan 66 yaşlı keçmiş top-model Kerri Holl ilə 2022-ci ilin iyununda boşanıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1219 Tarix: 05 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib. Nazirlər Ermənistan-Türkiyə əməkdaşlığına dair məsələlər
9 oktyabrTramp İrana zərbələri təxirə salır: ABŞ bölgəyə əlavə qüvvələr göndərir
ABŞ ilə İran arasında gərginlik davam edir. Vaşinqtonun diplomatik danışıqlarla bağlı açıqlamalarına baxmayaraq, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, neft daşımaları və bölgədəki hərbi mövcudluq əsas müzakirə mövzuları olaraq qalır. CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranl
9 oktyabrErmənistanda hərbçi güllələnərək öldürülüb
Ermənistan silahlı qüvvələrində xidmət edən A.Q. adlı hərbçinin odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə meyiti tapılıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün "Telegram" kanalında məlumat paylaşıb. Onun sözlərinə görə, hazırd
10 oktyabrRus ordusu bu ərazini tutdu
Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
9 oktyabrƏrəblərin milyonlarla dollar xərclədiyi 5 lüks alış
Ərəb dünyasının varlı şəxslərinin milyonlarla dollar dəyərində alışları diqqət çəkir. Onların arasında rekord qiymətə alınan avtomobil nömrəsi, lüks yaxta və dünya şöhrətli rəsm əsəri də var. Axşam.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda ərəb milyarderlərinin və şahzadələrinin ən bahal
10 oktyabr