"İran deputatları Azərbaycanın xarici münasibətlərinə qarışmaq əvəzinə yaxşı olar ki, gedib öz işləri məşğul olsunlar" - DEPUTAT
"İran parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bəyanat da fars-molla rejimin bizə qarşı növbəti təxribatdı".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində sonra İranın əsil siması ortaya çıxdı:
"İran parlamentində Azərbaycanın İsraildə səfirlik açması pislənilib. Parlamentin 210 üzvü bəyanatın leyhinə səs verib. Eyni zamanda, deputatlar İran Xarici İşlər Nazirliyini bu məsələ ilə bağlı lazımi diplomatik addımlar atmağa çağırıb. Bu bir başa Azərbaycanın xarici siyasətinə qarışmaqdır. Bu gün heç bir dövlət Azərbaycanın daxili və xaricinə qarışa bilməz. Bu gün Azərbaycanın nəyi, nə zaman edəcəyini yaxşı bilən dövlət başçısı var. Nə Ermənistan, nə də İran bu gün öz çirkin niyyətlərini reallaşdıra bilməyəcək. Çünki ölkəmiz 90-cı illərin əvvəllərində olduğu kimi gücsüz və sahibsiz deyil. Bu gün Azərbaycan cənab prezident kimi güclü lideri və Ali Baş Komandanı, Müzəffər Ordusu var".
Deputat vurğulayıb ki, Tehran İsraili "Qüdsün işğalçısı" adlandırır, Azərbaycanı "işğalçı rejim"lə əməkdaşlıqda qınayır:
"Bu gün Azərbaycanı "işğalçı rejim"lə əməkdaşlıqda günahlandıran İran Ermənistana hər bir sahədə dəstək olur. Hətta Birinci Qarabağ müharibəsində və 44 Vətən müharibəsində Ermənistana humanitar yardım adı ilə silah da göndərib. Bu gün insanlarımızı vəhşicəsinə öldürən, müxtəlif vaxtlarda xalqımıza qarşı soyqırım aktları törədən,məscidlərimizi dağıdan Ermənistanı dəstəkləyən fars-molla rejiminin bu bəyanatı bizdə "gülüş" doğurur. Hələ Azərbaycan-Ermənistan münaqişəsi başladığı gündən İran daim işğalçını dəstəkləyib. İranlı deputatlar yaxşı olar ki, bu məsləhətlərinə özləri əməl etsinlər. Müsəlman ölkə olduqları bu günmü yaddlarına düşüb? Xocalıda qoca, cavan, uşaq demədən insanlarımızı vəhşicəsinə qətlə yetiriləndə, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanından qorxub qaçan ermənilərin Gəncədə və Bərdə müsəlmanlara qarşı terror aktları törədəndə niyə bir dəfə də Ermənistana qarşı bu cür bəyanatlar qəbul etmədi? Bu gün Türkiyə, Pakistan və Səudiyyə Ərəsbistanı da müsəlman ölkəsidir. Onlar Qarabağı işğal etdiyinə görə Ermənistanla diplomatik əlaqələri kəsib və ya ümumiyyətlə qurmayıb. İran müsəlman ölkəsi kimi niyə Ermənistanla münasibətlərini davam etdirir? İran deputatları Azərbaycanın daxili və xarici münasibətlərinə qarışmaq əvəzinə yaxşı olar ki, gedib öz işləri məşğul olsunlar".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 961 Tarix: 06 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrPENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
8 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrDİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
7 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabr"Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
7 noyabr