"İran Azərbaycandan deyil, Azərbaycan İrandan şikayət etməlidir" - DEPUTAT

"İran Azərbaycandan deyil, Azərbaycan İrandan şikayət etməlidir" - DEPUTAT"İran Parlamenti bu günlərdə Azərbaycanla bağlı növbəti bir absurd bəyanat yaydı. Sənəddə Azərbaycan qarşı bir sıra əsassız ittihamlar səsləndirilir. Bəyanatda İslam Əməkdaşlıq Təşkilatına müraciət edilərək Azərbaycanın bu əməlinin qəti şəkildə pislənilməsi ilə bağlı məsələ də əksini tapıb. Eyni zamanda, müsəlman ölkələrinin bu məsələdən narazı qalacaqları qeyd olunur. Heç şübhəsiz ki, bu İran tərəfin riyakarlığının növbəti ifrat nümunəsidir. Burada belə bir haqlı sual yaranır. Kim kimdən narazı qalmalı və ya şikayət etməlidir? Əslində bu günə görə etdiklərinə, hər zaman Ermənistanın yanında olduğuna, işğal olunmuş ərazilərimizin dağıdılmasında barbarcasına iştirak etdiyinə görə Azərbaycan İranı şikayət etməlidir".

Bu sözlərin Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, İran İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində hər zaman İslam həmrəyliyindən danışır. Ancaq bu təşkilatın Azərbaycanla bağlı qərarlarına biganə yanaşır, Ermənistana davamlı dəstək göstərir.

"Azərbaycanla Ermənistan arasında münaqişəyə görə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Ermənistan ilə diplomatik əlaqələri kəsdi və ya ümumiyyətlə qurmadı. Bəs İran nə elədi? Bir tərəfdən Ermənistanı dəstəklədi, o biri tərəfdən isə Azərbaycan daxilində terroru dəstəklədi. Son günlər ölkəmizdə baş verən hadisələr bunu bir daha təsdiq etdi.
İranın gözü qarşısında ermənilər məscidlərimizi barbarcasına dağıtdılar, içərisində donuz və inək saxladılar. Qəbirstanlıqları şumlayaraq yerində əkin işləri həyata keçirdilər. Mən bu günə kimi hələ də dağıdılmış evimizin yerini, doğmalarımın qəbirlərini tapa bilmirəm. İran isə bir müsəlman ölkəsi kimi, bütün bunları görməməzlikdən gəldi. 30 il ərzində hər zaman İran Ermənistana, siyasi, hərbi və iqtisadi yardım etdi. Azərbaycanda silahlı terror dəstələri yaradan, Qarabağa terrorçu, Ermənistana silah göndərən, Zəngəzur dəhlizini qırmızı xətt sayan da İrandır. Budurmu İslam həmrəyliyi və müsəlman təəssübkeşliyi? Odur ki, İranın İslam həmrəyliyindən danışmağa mənəvi haqqı yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1313   Tarix: 07 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

7 noyabr