Deputat: "İran səfirliyinin qalan əməkdaşları da rədd olub getməlidir"
"İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasına etiraz bəyanatı qəbul etməsi heç bir siyasi və diplomatik etikaya sığmır. Dünən İran səfirliyinin 4 əməkdaşı casusluq fəaliyyətinə görə persona-non-qrata ("arzuolunmaz şəxs") elan edilib. Hesab edirəm ki, qalan əməkdaşları da rədd olub getməlidir və o səfirlik adlanan casus və intriqa yuvası bağlanmalıdır. İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunan terrorçuların və təxribatçıların qısa müddət ərzində aşkarlanıb tutulması Azərbaycanın hüquq mühafizə orqanlarının yüksək peşəkarlığının göstəricisidir. Göstərdikləri operativliyə və peşəkarlığa görə DTX, DİN və Respublika Prokurorluğu rəhbərliyinə və əməkdaşlarına minnətdarlığımı bildirirəm".
Sonxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev parlamentin aprelin 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, son vaxtlar İrandakı fars molla rejiminin ölkəmizə qarşı təxribatçı və düşmənçilik hərəkətlərinin davamlı şəkil alması qonşuluq münasibətlərini heçə endirir:
"Deputat həmkarımız Fazil Mustafaya qarşı törədilən terror aktı, bundan bir az əvvəl Tehrandakı səfirliyimizə xain hücum, İran rəsmlərininin ölkəmizə qarşı söylədikləri arasıkəsilməz hədyanlar, İranın Ermənistanla münaqişənin həllində, xüsusi ilə Zəngəzur dəhlizi barəsində tutduğu destruktiv mövqe onu göstərir ki, bu dövlətin başında dayanan şovinist fars- molla rejimi xain və çirkin əməllərindən əl çəkmək niyyətində deyildir. İran rejiminin bu mövqeyi bizi dövlətlər arası münasibətlərimizə yenidən baxmağa məcbur edir".
"Görəsən İran siyasiləri fərqindədilərmi ki, ətraflarındakı heç bir müsəlman dövlətləri ilə dostluq münasibətləri yoxdur. Yalnız işğalçı və terrorçu Ermənistandır İranın dostu. 30 il ərzində İran Qarabağda müsəlman qəbirlərinin dağılmasına biganə qaldı, məscidlərin dağıdılmasına, Allahın evində donuz saxlayanlara etiraz səsini qaldırmadı", - deputat vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...