Bacısını yatarkən öldürən 15 yaşlı oğlanın cəzası bəlli oldu
Qax rayonunda 17 yaşlı bacısı Albina Papiaşvilini qətlə yetirməkdə ittiham olunan 15 yaşlı Jora Papiaşvilinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
APA-nın əldə etdiyi xəbərə görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Jora Papiaşvili köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməkdə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qanuna əsasən, 18 yaşına çatmayan şəxslərə 10 ildən artıq cəza verilə bilməz.
Xatırladaq ki, hadisə 2022-ci ilin noyabr ayında baş verib.
Noyabrın 5-i saat 19 radələrində 2005-ci il təvəllüdlü Albina Papiaşvilinin üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi ilə bağlı Qax Rayon Prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin qardaşı, 2007-ci il təvəllüdlü Jora Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Albina Papiaşvilini yatdığı yerdə öldürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Jora Papiaşvili barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsinə tövsif olunub.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 3365 Tarix: 10 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda qadın tiktoker insan alverinə görə HƏBS OLUNDU
Sosial şəbəkələrdə "Enoor" adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Elnar Quliyevaya qarşı Cinayə
11 aprelGürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız QƏTLƏ YETİRİLİB - FOTO
Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız qətlə yetirilib. -yə istinadən xəbər verir ki, bu barədə məlumatı "Sapari" təşkilatının rəhbəri Baia Pataraia sosial şəbəkədə paylaşıb. O bildirir ki, gənc qızla iki gün ərzində əlaqə saxlamaq mümkün olmayıb, bundan sonra polis mənzilin qapısın
1 iyul22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi
Bakı şəhər Nizami rayon sakini 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə paylaşım edib. Gənc qız bildirib ki, bir müddət əvvəl 33 yaşlı əmis
6 mayƏli Kərimlinin HƏBS MÜDDƏTİ uzadıldı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti uzadılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə cinayət işi üzrə əlavə sübutların toplanmasının zəruriliyini nəzərə alaraq vəsatəti təmin edib. Qərar
10 iyunPsixiatriya xəstəxanasında ölən Miri ilə bağlı - Həbs edilən var
Aprel 4-də Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə alan 1992-ci il təvəllüdlü Miri İsmayılovun ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya məlumat verilib. Qeyd edili
22 aprelHəyətdə yıxılan 48 yaşlı kişi öldü
Paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, aprelin 15-i saat 18 radələrində Lökbatan qəsəbə sakini 1978-ci il təvəllüdlü Sərvan Məhərrəmov yaşadığı evin həyətində yıxılaraq ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılı
16 aprelTbilisidə öldürülən Fatimə ilə bağlı RƏSMİ AÇIQLAMA
Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin ibtidai istintaqı diqqətlə izlənilir. xəbər verir ki, bu fikirlər Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatınd
6 iyulHamlet Musayevin qızı həbsdən azad edildi
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin yarım milyondan çox dələduzluqda ittiham edilən qızı həbsdən azad olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq qərar qəbul edilib. M.Musayeva 610 min manat pulunu ələ keçirdiyi Ü.Quliyev
20 may