"İlham Əliyev Prezidenti seçildikdən sonra ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu"- Kamilə Əliyeva

"İlham Əliyev Prezidenti seçildikdən sonra ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu"- Kamilə Əliyeva"2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində seçicilərin 84 faizindən çoxunun səsini qazanan cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Respublikamızda böyük islahatlara start verildi, dayanıqlı, çevik iqtisadi layihələrin əsası qoyuldu".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

Deputat qeyd edib ki, 2018-ci il prezident seçkilərində vətəndaşlarımız ölkəmizdə həyata keçirilmiş böyük naliyyətlərə və gələcək daha xoşbəxt həyata səs vermişdilər:
"Prezident cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib. Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzu artmış, iqtisadi cəhətdən ölkəmiz güclü, qüdrətli dövlətə çevrilmiş, vətəndaşlarımızın həyat və yaşayış səviyyəsi yüksəlmiş, Azərbaycanın milli maraqları dövlət siyasətinin prioritetinə çevrilmişdir.
2018-ci il prezident seçkilərində vətəndaşlarımız ölkəmizdə həyata keçirilmiş böyük naliyyətlərə və gələcək daha xoşbəxt həyata səs vermişdilər. Dünyada baş verən siyasi münaqişələr, iqtisadi böhranlar fonunda Azərbaycan stabil və inkişaf edən ölkəyə çevrilmişdir.
Seçkiləri müşahidə edən bütün yerli və xarici ölkələrin nümayəndələri, beynəlxalq təşkilatlar seçkilərin yüksək səviyyədə təşkil olunduğunu və çox şəffaf keçirilməsi barədə müsbət rəylər söyləmişlər. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-2018-ci illərdə BMT, AŞ, NATO və bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın irəli sürdüyü təkliflər böyük rəğbətlə qarşılanmış və qəbul edilmişdir. Prezident cənab İlham Əliyevin "Ancaq güclü iqtisadiyyatı olan ölkələr müstəqil siyasət apara bilər" fikri hər zaman öz təsdiqini tapmışdır. 2003-2018-ci illərdə Azərbaycan iqtisadiyyatı dünyada rast gəlinməyən sürətlə inkişaf etmişdir. Ümumdaxili məhsul 3,2, büdcə gəlirləri isə 13,5 dəfə artmışdır. İqtisadiyyatın bütün sahələrində yüksək artım qeydə alınmışdır. 2 milyona yaxın yeni iş yerlərinin yaradılması əhalimizin həyat səviyyəsini dəfələrlə yüksəltmişdir. Ölkəmizdə idmanın inkişafına və gənclərimizin sağlam böyüməsinə böyük diqqət ayrılmışdır. Müasur tələblərə cavab verən 43 Olimpiya kompleksi tikilib istifadəyə verilmişdir".

O həmçinin qeyd edib ki, Azərbaycanda böyük infrastruktur layihələr həyata keçirilmişdir. Azərbaycan elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində ölkəmiz dünyada ən çox islahat aparan 10 ölkədən biri olmuşdur.
Azərbaycanda neft-qaz sektorunda böyük layihələrin icrası başa çatdırılmış və beynəlxalq əhəmiyyətli yeni layihələrin təməli qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilməklə ölkə iqtisadiyyatımıza böyük gəlirlər gətirdi. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı təbii qaz ixrac edən ölkəyə çevirdi. 2018-ci ildə Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP qaz boru xəttinin açılışı oldu.Həyata keçirilmiş bu uğurlu layihələrin nəticəsində bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır.
Prezident cənab İlham Əliyev ölkəmizdə milli həmrəyliyin möhkəmləndirilməsində və xalqın milli ideologiya ideyası ətrafında birləşməsində misilsiz xidmətlər göstərmişdir".

"2003-2018-ci illərdə Azərbaycan Ordusunun güclənməsi və ordumuzun müasir silahlarla təmin olunması istiqamətində böyük işlər görülmüşdür. 2016-ci ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun güclü bir ordu olmasını göstərdi. Aparılan iqtisadi islahatların və məqsədyönlü daxil və xarici siyasətin nəticəsində Azərbaycan iqtisadi, siyasi və hərbi cəhətdən güclü bir dövlətə çevrildi. Bu vəhdətin uğurlu məntiqi olaraq Azərbaycan Ordusu 44 günə 30 ilə yaxın işğalda olan torpaqlarımızı işğaldan azad etdi.
Son 10 ildə dünyada qlobal maliyyə böhranının yaşanmasına baxmayaraq ölkəmiz iqtisadi artıma nail olmuşdur. 2014-2015-ci illərdə dünyada neftin qiymətinin 3 dəfəyə qədər azalması və 2020-ci ilin əvvəllərindən başlamış pandemiya böhranından bir çox ölkələr əziyyət çəksə də Azərbaycanda iqtisadi stabillik qorunmuşdur. Qeyri-neft sektoru, sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı artmışdır. Azərbaycanda səhiyyə, təhsil sistemində də böyük nailiyyətlər əldə olunmuşdur. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan siyasi və iqtisadi sahələrdə dünyanın güc mərkəzinə çevrilmişdir" ,- deyə deputat əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1399   Tarix: 11 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tramp: "ABŞ-nin şərtləri qəbul edilməsə, İranın mövcudluğuna son qoyulacaq"

"ABŞ-nin münaqişənin həlli ilə bağlı irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, İran məhv ediləcək". xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının Sirakyus şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı bildirib. "Sizə bir söz deyim: İranla bağlı məsəl

10 oktyabr
.

Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib

ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Trampın sözlərinə görə, o

10 oktyabr
.

ABŞ Panamada baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edib

ABŞ-ın Kosta Rikadakı səfirliyinin məlumatına görə, Panamada 7,7 bal gücündə zəlzələ baş verib . xəbər verir ki, ABŞ-ın Sunami Xəbərdarlıq Sistemi Mərkəzi Amerikanın Sakit okean sahillərinin əksər hissəsində, eləcə də Kolumbiya, Kosta Rika, Ekvador, Peru, Nikaraqua, Qvatemala, El Salvador və Meksikad

10 oktyabr
.

Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi

Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək

10 oktyabr
.

SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR

Pakistan Səudiyyə Ərəbistanının Yəməndəki husilərə qarşı həyata keçirdiyi hərbi əməliyyatlara rəsmən qoşulub. xəbər verir ki, bu barədə "The New York Times" nəşri yüksəkrütbəli mənbəyə istinadən məlumat yayıb. Pakistan Silahlı Qüvvələrinin yüksəkvəzifəli nümayəndəsi bildirib ki, ölkənin hərb

8 oktyabr
.

Astronomiyada sıçrayış: Günəş sisteminin 9-cu planetinin ilk izləri aşkar edildi

Alimlər Doqquzuncu planetin axtarışında, görünür, mühüm irəliləyiş əldə ediblər. Onlar parlaqlığı və yavaş hərəkəti Yerdən və Günəşdən belə uzaqlıqda yerləşən kosmik cisim üçün gözlənilən göstəricilərə tam uyğun gələn zəif bir obyekt aşkar ediblər. Qaynarinfo "Wion"a istinadən xəbər verir ki

9 oktyabr
.

Vanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib

Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib. Sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 13,

8 oktyabr
.

Rus ordusu bu ərazini tutdu

Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

9 oktyabr
.

Uitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə yeni sülh planını müzakirə edəcək

Bu gün ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun müşaviri Cared Kuşner Ukrayna nümayəndə heyəti ilə müharibənin başa çatdırılmasına dair yeni planı müzakirə edəcəklər. Bu barədə NBC News ABŞ administrasiyasının adının açıqlanmasını istəməyən yüksəkvəzifəli nümayəndəsinə istinadə

9 oktyabr