Canavar kəndə hücum etdi - 1-i ağır olmaqla 4 nəfər yaralandı - FOTO
Türkiyənin Ərzurum şəhərinin Tortum rayonunda canavar 1-i ağır olmaqla 4 nəfəri yaralayıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, mağarada tapılan canavar kəndlilər tərəfindən ov tüfəngi ilə öldürülüb, hazırda onun quduz olub-olmaması araşdırılır.
Hadisə, 6 uşaq anası Destegül Uğurlunun (52 yaşlı) heyvanları yemləmək məqsədilə evdən çıxıb tövləyə getdiyi zaman baş verib.
Hücum edən canavar Destegül Uğurlunun çənəsini dişləyərək ağır yaralayıb. Canavarla dəqiqələrlə mübarizə aparan qadının imdad fəryadına kənd sakinləri qaçıb.
Qurd daha sonra kənddə daha 3 nəfərə hücum edərək müxtəlif yerlərindən yaralayıb.
Canavarı itləri ilə qovalayan kənd sakinləri mağarada sıxışdırıb. Daha sonra onu ov tüfəngi ilə vuraraq öldürüblər. Hadisədən xəbər tutan polis qrupları da kəndə gəlib.
Vəziyəti ağır olan Destegül Uğurlu çənə əməliyyatı keçirəcək. Hazırda o, həkim nəzarəti altındadır və quduzluğa qarşı lazımi tədbirlər görülüb.





Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1778 Tarix: 11 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib
ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Trampın sözlərinə görə, o
10 oktyabrABŞ Panamada baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edib
ABŞ-ın Kosta Rikadakı səfirliyinin məlumatına görə, Panamada 7,7 bal gücündə zəlzələ baş verib . xəbər verir ki, ABŞ-ın Sunami Xəbərdarlıq Sistemi Mərkəzi Amerikanın Sakit okean sahillərinin əksər hissəsində, eləcə də Kolumbiya, Kosta Rika, Ekvador, Peru, Nikaraqua, Qvatemala, El Salvador və Meksikad
10 oktyabrTürkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi
Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək
10 oktyabrVanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib
Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib. Sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 13,
8 oktyabrRus ordusu bu ərazini tutdu
Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
9 oktyabr