Nərminin qətli ilə bağlı yeni faktlar: "Oxumadan sənədləri imzaladım"

Nərminin qətli ilə bağlı yeni faktlar: "Oxumadan sənədləri imzaladım"Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrlik etdiyi prosesdə şahid qismində kənd sakini Tofiq Vəliyev ifadə verib.

O bildirib ki, yanmış meyit tapılan yerdə 7-8 kibrit çöpü olub:

"Bunu hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə hadisə yerinə və meyitə baxış keçirilərkən gördüm. Meyit tapılan günün ertəsi idi. Nərminin qohumlarının yanında idim. Çünki əmisi ilə dostluğumuz var. Hüquq-mühafizə orqanlarının işçiləri gəldilər. Dedilər ki, meyitə, hadisə yerinə baxış keçirəcəyik, şahid lazımdır, amma qohum olmasın. Kənar adam olmalıdır. Mən getdim. Orada qırmızı köynək, 7-8 kibrit çöpü gördüm. Hətta dedim ki, bu çöplər əhəmiyyətli ola bilər. Çünki üstündə əl izləri ola bilər. Orada təxminən saat yarım olduq".

Tofiq Vəliyev qeyd edib ki, həmin vaxt ona heç bir sənəd imzalatdırılmayıb:

"Sonradan evdə olarkən sənəd gətirdilər. Mən oxumadan sənədi imzaladım".

Tofiq Vəliyev sualları cavablandırarkən bildirib ki, gördüyü meyitin ölçüsü təxminən 1,65-1,70 metr olub. Vəkillər isə deyiblər ki, hadisə yerinə baxış protokolunda orada cəmi 1 kibrit çöpünün tapıldığı göstərilib.

Bundan başqa, ittihamda iddia olunur ki, İlkin Süleymanov meyiti alışqanla yandırıb:

"Hadisə yerinə baxış protokolunda oradan cəmi bir kibrit çöpü tapıldığı göstərilib. Digər kibrit çöpləri niyə yazılmayıb? Niyə araşdırılmayıb? Bu məsələ İlkinin o meyiti alışqanla yandırması barədə yazılanların da yalan olduğunu sübut edir".

Məhkəmədə dindirilən daha iki nəfər kənd sakini - Rüstəm Süleymanov və Gündüz Əliyev uşaq itkin düşəndən az sonra Quliyevlərin evinə və onların evinin ətrafına polislərin keçirdiyi baxış zamanı hal şahidliyi ediblər. Onlar bildiriblər ki, Quliyevlərin həyətindən topa şəklində tük aşkarlanıb.

Nərminin atası Şərif Quliyevdən soruşanda o bildirib ki, qızı itkin düşməmişdən bir gün əvvəl əmisi qızının toyuna getmək üçün saçını kəsdirib, həmin tükdür.

Şahidlərin sözlərinə görə, Quliyevlərin evinin qarşısında, içində su olmayan arxın kənarındakı kolların üstündən ağ rəngli uşaq alt paltarı tapılıb. Həmin alt paltarı qanlı olub. Polislər bunu tapandan sonra Nərminin anasını çağırıblar. Lakin Aynurə İsmayılova alt paltarının onun qızına məxsus olmadığını deyib.

Məhkəmə iclasında iştirak edən Şərif Quliyev şahidlərin ifadələrinin doğru olduğunu təsdiqləyib.

Məhkəmədə vəkillərlə prosesə sədrlik edən hakim Dadaş İmanov arasında mübahisə yaranıb. Hakim bildirib ki, indiyədək dindirilmiş ekspertlər kifayətdir. Vəkillər isə deyiblər ki, onlar dekabr ayında əlavə şahidlərin dindirilməsi barədə qaldırdıqları vəsatətdə rəy vermiş bütün ekspertlərin dindirilməsi məsələsini qoyublar, o zaman vəsatətləri təmin edilib.

Hakim Dadaş İmanov təklif edib ki, vəsatətləri yenidən versinlər, məhkəmə bir daha baxaraq qiymətləndirəcək.

Bununla vəkillər razılaşmayıblar. Onlar bildiriblər ki, məhkəmə prosesi audioyazı ilə aparılır və orada vəsatətlərinin təmin olunması öz əksini tapmalıdır:

"Protokollara baxın, audioyazıya qulaq asın. Nəhayət, bizə vəsatətimizin təmin olunması barədə qərarı verin. Niyə biz yenidən eyni vəsatəti verməliyik?"

Qeyd edək ki, bu cinayət işində, xüsusilə də ekspert rəylərində çoxsaylı ziddiyyət var. Ona görə müdafiə tərəfi ekspertlərin dindirilməsində israrlıdır.

Proses aprelin 19-da davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İlkin İbrahim oğlu Süleymanov tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İlkin Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, Nərmin Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2641   Tarix: 13 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml

12 sentyabr
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"

18 sentyabr
.

Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur

Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd

7 avqust
.

Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə

20 avqust
.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-c

7 avqust