Eks-nazirlər indi nə işlə məşğuldur? - FOTO

Eks-nazirlər indi nə işlə məşğuldur? - FOTOMəlum olduğu kimi, aprelin 14-də Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamla Məcnun Məmmədov kənd təsərrüfatı naziri təyin edilib. O, 1991-ci ildən bəri bu vəzifəyə təyin olunan 8-ci kənd təsərrüfatı naziridir.

Sonxeber.az xəbər verir ki, "Bizim.Media" sabiq kənd təsərrüfatı nazirlərinin hazırda harada olduğu və nə işlə məşğul olmalarını araşdırıb.

Müzamil Abdullayev

1991-1992-ci illərdə kənd təsərrüfatı və ərzaq məhsulları naziri Müzamil Abdullayev olub. 1993-1994-cü illərdə o, yenidən həmin vəzifədə çalışıb. 1941-ci il təvəllüdlü M.Abdullayev Azərbaycan Kommunist Partiyasının üzvü olub. Sabiq nazir kənd təsərrüfatı elmləri doktoru, Göygöl rayonunda yerləşən "Göygöl Şərab-2" fabrikinin təsisçisi olub. O, ötən ilin iyun ayında vəfat edib.

Eks-nazirlər indi nə işlə məşğuldur? - FOTOTofiq Hüseynli

1993-cü ilin mart-may aylarında Tofiq Hüseynli (Qara Tofiq) nazir vəzifəsində olub. 1952-ci ildə Tovuz rayonunda anadan olan T.Hüseynli AXC hakimiyyətində kənd təsərrüfatı naziri olub. 1994-cu ildə isə qanunsuz silah gəzdirməkdə ittiham edilərək həbs olunub. Eks-nazir 2 il müddətinə azadlıqdan məhrum edilib. 1995-ci ildə azad edilib. Hazırda isə Qara Tofiq İsveçrədə yaşayır. Ailəlidir, 2 övladı var.

Rəhim Əşrəfov

Tofiq Hüseynlini nazir postunda Rəhim Əşrəfov əvəzləyib. O, 1993-cü ildən 1994-cü ilin fevral ayına qədər nazir səlahiyyətlərini icra edə bilib. Sabiq nazirin sonrakı fəaliyyəti ilə bağlı isə məlumat yoxdur.

Eks-nazirlər indi nə işlə məşğuldur? - FOTOİrşad Əliyev

İrşad Əliyev isə ardıcıl 3 dəfə 1994-1998, 1998-1999, 1999-2004-cü illərdə ümumilikdə 10 il nazir olub. O, 30 iyun 1944-cü il təvəllüdlüdür. 2005–2012-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, 2012–2014-cü illərdə isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Hazırda təqaüddədir.

Eks-nazirlər indi nə işlə məşğuldur? - FOTOİsmət Abbasov

İrşad Əliyevdən sonra İsmət Abbasov 2004-2013-cü illərdə nazir olub. Ardınca 2013-2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini olub. Həmin ilin aprelindən rəsmən təqaüdə göndərilib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. YAP-ın 2021-ci ilin martında keçirilən VII qurultayında İsmət Abasov Partiyanın rəhbər strukturlarından kənarda saxlanılıb.

Adı bir neçə dəfə qalmaqallı məqalələrlə gündəmə gəlib. Daha sonra eks-nazirin Böyük Britaniyada yaşayan oğlu, iş adamı Yunis Abbasovun Londonda bahalı mal-mülkə sahib olduğu iddia edilib. İsmət Abbasov hazırda Bakıda yaşayır, təqaüdçüdür. Tez-tez dəniz sahilində dincəldiyi bildirilir.

Eks-nazirlər indi nə işlə məşğuldur? - FOTOHeydər Əsədov

Heydər Əsədov isə 2013-2018-ci illərdə bu vəzifədə olub. 3 aprel 2019-cu ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib. Hazırda da həmin vəzifəni icra edir. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir. Vaxtilə nazir postunu itirərkən onun ciddi depressiya keçirdiyi söylənilir.

Eks-nazirlər indi nə işlə məşğuldur? - FOTOİnam Kərimov

İnam Kərimov 2018-2023-cü illərdə kənd təsərrüfatı naziri postunda çalışıb. 4 aprel 2023-cü il tarixindən etibarən isə Ali Məhkəmənin sədridir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3347   Tarix: 18 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

7 noyabr
.

FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira

7 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı

Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu

7 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr