"Azərbaycan əsgəri 44 günlük savaşda özünün yenilməz simasını və cizgisini əbədi olaraq tarixə həkk edib"- DEPUTAT
"Azərbaycan əsgərinin işgəncə və insan ləyaqətini alçaldan qeyri-insani davranışlara məruz qalması barədə görüntülər Ermənistan mediası və sosial media seqmentində təsadüfən yayılmayıb. Birincisi, Ermənistan yaxşı başa düşür ki, beynəlxalq i nsan haqları təsisatları Ermənistanın istənilən cinayətinə göz yummağa dünəndən hazırdır və ona görə də onlar çox rahatlıqla belə videoları yayırlar. İkincisi, həmin videoların yayılmasında məqsəd qalib Azərbaycan Ordusu və Azərbaycan cəmiyyətində ruh düşkünlüyü yaratmaq, qarmaqarışıqlığa və təxribatlara yol açmaq, həmçinin şərti sərhəddə dayanmış Azərbaycan hərbçilərini hər hansı səhvlərə təhrik etməkdir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Azərbaycan cəmiyyəti ermənilərin bu tələsinə, bu hiyləgər oyununa alət olmamalı, yalnız dövlət orqanlarının yaydığı məlumatlara, rəsmi strukturların yaydığı foto və görüntülərə istinad etməlidir.
"Bununla biz informasiya müharibəsində bir daha dövlətimizin yanında olduğumuzu əməli olaraq sübut etmiş olacağıq. Eyni zamanda hər kəs ona da əmin olsun ki, erməni tərəfi bu vəhşilliyinə görə beynəlxalq hüquq çərçivəsində, anladıqları dildə misli ilə cavabını alacaq.
Bu kimi tək-tək vəhşilik aktları qalib Azərbaycan əsgərinin imicini təsir edə bilməz, unutmayaq ki, Azərbaycan əsgəri 44 günlük savaşda özünün yenilməz simasını və cizgisini əbədi olaraq tarixə həkk edib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1641 Tarix: 18 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrİş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video
Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki
20 sentyabrAzərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib
19 sentyabrQaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
20 sentyabrBu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO
Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf
20 sentyabrBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabr