"4 ildir icarəyə götürdüyüm dükana girə bilmirəm" - FOTO

"4 ildir icarəyə götürdüyüm dükana girə bilmirəm" - FOTOAzərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Gürcüstan vətəndaşı Rebeka Saxtarova (Sakhtarova) Bakıda icarəyə götürdüyü obyektin sahibi tərəfindən hüquqlarının pozulduğunu bildirir.

Sonxeber.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən R.Saxtarova paytaxtın mərkəzi Zərifə Əliyeva küçəsində "Soyuq Dağ" MMC-dən icarəyə götürdüyü mağazada əntiq əşyalar satdığını, lakin 4 ildir həmin obyektə daxil ola bilmədiyini deyib:

"Soyuq Dağ" MMC müqavilə ilə icarədarı olduğum dükana məni buraxmır. Səbəb kimi də onu göstərirlər ki, Gürcüstan vətəndaşı Leila Janashia dükandakı əşyaların mənə deyil, ona məxsus olduğunu iddia edir. "Soyuq Dağ" MMC-nin belə yanaşması nəticəsində faktiki müflisləşmişəm. Nəinki ticarətlə məşğul ola bilmirəm, üstəlik qulluqsuz qalan əşyalarımı itirmək təhlükəsi ilə üz-üzə qalmışam".

Şikayətçi bildirib ki, "Soyuq Dağ" MMC-yə qarşı məhkəmədə iddia qaldırıb və dükana buraxılmasını tələb edib: "Leila Janashia da həmin məhkəmə prosesinə qoşularaq əntiq əşyaların ona verilməsini tələb edib. Həmin bu Leila xanım mənim illərlə kömək etdiyim bir şəxsdir. Buna görə də biznes fəaliyyətimdən məlumatlı olub və hazırda bundan sui-istifadə edir. Həm də o, heç sahibkar statusuna da malik deyil, ölkəyə öz adına heç bir mal gətirməyib".

İddia ilə bağlı Bakı Kommersiya Məhkəməsi 22 iyul 2022-ci il tarixli qətnamə çıxarıb. R.Saxtarovanın iddiası təmin edilib və L.Janashianın tələbi rədd edilib. Lakin 28 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi həmin qətnaməni ləğv edərək Janashianın iddiasını təmin edərək dükandakı əşyaların ona verilməsini qət edib.
"4 ildir icarəyə götürdüyüm dükana girə bilmirəm" - FOTOR.Saxtarova əlavə edib ki, qarşı tərəfin məhkəməyə sübut kimi təqdim etdiyi sənədlərin hüquqi dəyəri yoxdur: "Janashia sübut kimi Gürcüstan notariusunun təsdiq etdiyi ərizələri təqdim edib. Həmin ərizələrdə bir neçə Gürcüstan vətəndaşı Janasiaya hansısa əntiq əşyaları satdığını təsdiq edir. Belə əcaib "sübut" əsasında Bakı Apellyasiya Məhkəməsi onun xeyrinə qərar çıxarıb. Əvvəla, sözügedən ərizələrdə hansı əşyalardan söhbətin getməsi naməlumdur. Ən əsası isə həmin ərizələr faktiki olaraq şahid ifadəsidir. Yəni alqı-satqı müqaviləsi deyil. İstənilən şəxs notariusda hər hansı ərizəni təsdiq etdirə bilər. Çünki notarius əşyaların mənsubluğunu deyil, ərizəçinin imzasını təsdiq edir. Həmin şəxs şahiddirsə, Azərbaycana gəlib məhkəmədə ifadə verməli idi. Əks halda, yalan ifadə verməyə görə heç bir məsuliyyət daşımadan onun ərizəsi sübut kimi qəbul oluna bilməz. Dünyanın istənilən ölkəsindən notarial ərizə gətirərək Azərbaycandakı əşyaların mənsubluğu müəyyən ediləcəksə, vay bizim halımıza".

R.Saxtarova Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət etdiklərini də bildirib.

Məsələ ilə bağlı Ali Məhkəmədən bildirildi ki, R.Saxtarovanın şikayətinə yaxın günlərdə baxılacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1544   Tarix: 19 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

7 noyabr
.

FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira

7 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı

Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu

7 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr