"Azərbaycan dilinin bu günə kimi təmiz və səlis gəlib çıxmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri ölçüyəgəlməzdir"- Kamilə Əliyeva

"Azərbaycan dilinin bu günə kimi təmiz və səlis gəlib çıxmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri ölçüyəgəlməzdir"- Kamilə Əliyevaİstiqamət: azərbaycançılıq ideyasının təbliği- "Heydər Əliyev ili"
"Ağsaqqal babalarımızdan, ağbirçək nənələrimizin bizə miras qalan ana dilimiz - Azərbaycan dilinin bu günə kimi təmiz və səlis gəlib çıxmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri ölçüyəgəlməzdir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərini hər zaman uca tutan ulu öndər Heydər Əliyev Azərbaycan dilinə xüsusi hörmət və diqqətlə yanaşırdı".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

O həmçinin qeyd edib ki, Heydər Əliyev ziyalıları, yazıçı və şairləri Azərbaycan dilinin qorunması üçün onları səfərbər olmağa çağırırdı. Ulu öndər Heydər Əliyev dilçi alimlərimizə böyük qayğı göstərirdi, ədiblərimizə ana dilində yazılan kitabların saylarının çoxaldırılmasını tövsiyə edirdi.

"Sovet İttifaqı zamanı Azərbaycana rəhbərlik edən ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə layiqli dəyəri göstərdi. Keçən əsrin 70-ci illərin ortalarından başlayaraq SSRİ rəhbərliyi respublikalarda milli dillərin sıxışdırılması üçün bütün təzyiq vasitələrindən istifadə edirdi. Belə bir şəraitdə Azərbaycan dilini yaşatmaq, inkişaf etdirmək və ən əsası milli ideologiya səviyyəsinə çatdırmaq böyük cəsarət tələb edirdi.
Ulu öndər 1978-ci ildə Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən birinə imza atdı. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təklifi ilə Azərbaycan SSR-nin Konstitusiyasının 73-cü maddəsi aşağıdakı redaksiyada verilməsi təklif olunmuşdur. "Azərbaycan SSR-nin dövlət dili- Azərbaycan dilidir". Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində gəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Ulu öndər Azərbaycanın SSR-nin tərkibində olan zaman ana dilimizin dövlət dili kimi yaşaması üçün sözün həqiqi mənasında mübarizə apardı. Heydər Əliyev ziyalıları, yazıçı və şairləri Azərbaycan dilinin qorunması üçün onları səfərbər olmağa çağırırdı. Ulu öndər Heydər Əliyev dilçi alimlərimizə böyük qayğı göstərirdi, ədiblərimizə ana dilində yazılan kitabların saylarının çoxaldırılmasını tövsiyə edirdi. Bütün bunlar Azərbaycan dilinin inkişafına və qorunub saxlanılmasına xidmət edirdi. Rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən ulu öndər Heydər Əliyev praktik olaraq ana dilinin mövqeyinin yüksəlməsinə təsir göstərib və başqalarına nümünə olub. Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti, dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub.Müstəqilliyə gedən yolda ana dilimizin nüfuzunun güclənməsi ulu öndər Heydər Əliyevin vaxtı ilə yürütdüyü siyasətin nəticəsi idi. Azərbaycan müstəqillik qazandıqdan sonra dövlətə və xalqa yenidən rəhbərlik edən ulu öndər Heydər Əliyev ana dili məsələsinə müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini işləyib hazırladı " ,- deyə deputat bildirib.

Kamilə Əliyeva qeyd edib ki, 2001-ci ildə ümummilli liderimizin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi.

"1995-ci ildə gəbul edilən Konstitusiyamızda Azərbaycan dili milli dövlətimizin rəmzlərindən biri olaraq təsbit edildi. 2001-ci ildə ümummilli liderimizin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz ulu öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında dövlət dilimiz olan Azərbaycan dili bərqərar edildi. Latın qrafikasına keçid prosesi başa çatdırıldı.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən, 1 avqust Respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 30 sentyabr 2002-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən "Azərbaycanda dövlət dili haqqında" Qanun təsdiq olundu. Bu qanunda göstərilir ki, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun təbliği, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır. Qəbul edilmiş digər Fərman və sərəncamlar əsasında dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycan dilinin qorunmasına, bu dilin təmiz şəkildə nəsillərə ötürülməsinə həsr edib" ,- deyə Kamilə Əliyeva əlavə edib.

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Azərbaycan dilinin bu günə kimi təmiz və səlis gəlib çıxmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri ölçüyəgəlməzdir"- Kamilə ƏliyevaŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1822   Tarix: 25 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

7 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr