XİN: "Azərbaycanın nəzarət-buraxılış məntəqəsi təsis etməsi beynəlxalq hüquqa uyğundur"

XİN: "Azərbaycanın nəzarət-buraxılış məntəqəsi təsis etməsi beynəlxalq hüquqa uyğundur"23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi tədbiri ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını qətiyyətlə rədd edirik.

Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, "Ermənistan Xarici İşlər Nazirliyinin sözügedən bəyanatı Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir və qəbuledilməzdir. Ermənistan tərəfinin Azərbaycanın daxili işlərinə müdaxilə edən bu kimi bəyanatları bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı, gərginliyin artmasına gətirib çıxarır.

Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur. Ermənistan tərəfi tez-tez istinad etdiyi Praqa və Soçi görüşlərinin nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi məlumdur. Bundan irəli gələrək, Ermənistan Azərbaycanın öz ərazisinə giriş-çıxış üzrə nəzarəti təmin etmək hüququnu qəbul etməli və buna hörmətlə yanaşmalıdır.

Bu məntəqənin təsis edilməsi 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Ermənistan tərəfinin Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycana qarşı hərbi təxribatları dayandırmaması, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edildiyi, hərbçilərinin rotasiyasının həyata keçirməsi vəziyyətində qəbul edilmiş legitim və milli təhlükəsizlik qərarıdır. Eyni zamanda, 22 aprel tarixində Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun Azərbaycan ərazisinə keçirilməsi və Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi infrastruktur qurmaq fəaliyyəti bu qərarın sürətləndirməsini şərtləndirən amillərdən olub.

Azərbaycanın Üçtərəfli bəyanat üzrə öhdəlikləri pozduğu barədə əsassız iddiaya gəldikdə Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, Ermənistan rəhbərliyi ən yüksək səviyyədə Laçın yolundan hərəkətin təşkili məsələsində Üçtərəfli bəyanatla bu ölkəyə hər hansı bir funksiya verilmədiyini təsdiq edib. Bu fonda, Ermənistan XİN-in Üçtərəfli bəyanatın tərəfi kimi Ermənistanın Azərbaycan tərəfindən atılan addımı qəbuledilməz adlandırması məntiqsiz və bəyan edilmiş bu mövqeyə ziddir. Üçtərəfli bəyanata əsasən, Azərbaycan Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət vermək öhdəliyinə malikdir. Bu öhdəlik eyni zamanda, Laçın yolundan sui-istifadənin qarşısının alınmasını ehtiva edir. Həmçinin yolun başlanğıcında sərhəd-nəzarət məntəqəsinin təşkili yol üzrə hərəkət rejimində dəyişiklik yaratmır.
Üçtərəfli bəyanatın əhatə dairəsindən kənar olan sərhəd təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir.

Sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin "etnik təmizləmə" məqsədi güddüyü barədə cəfəng iddiası əsassız və qəbuledilməzdir. Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şəraitin mövcud olduğunu bir daha bəyan edirik.

Sülh danışıqlarını boykot etmiş Ermənistanın XİN-in bu bəyanatı, bu hadisədən yenidən danışıqları bərpa etmək səylərinə zərbə vurmaq üçün bəhanə kimi istifadə etmək niyyətindən xəbər verir.

Ermənistan tərəfinə bu kimi təxribatlardan əl çəkməyi, ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi prinsiplər əsasında Azərbaycanla münasibətlərin qurulması səylərinə məsuliyyətlə yanaşmağı, sülh danışıqlarına müxtəlif bəhanələrlə maneçilik əvəzinə konstruktiv mövqe sərgiləməyi tövsiyə edirik. Bununla yanaşı, Ermənistanı beynəlxalq birliyi özünün qarayaxma kampaniyasına alət etmək, o cümlədən bu məqsədlə Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarını təhrif etmək cəhdlərinə son qoymağa çağırırıq".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1131   Tarix: 23 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rubio: Bu tarixdə İranda böyük fəlakət olacaq

Neft gəlirlərinin dayandırılması səbəbindən İran qarşıdakı həftələrdə görünməmiş iqtisadi böhranla üzləşəcək. -a istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib. Onun sözlərinə görə, Tehran sonda mövcud vəziyyəti qorumaqla inqilab arasında seçim etməli olacaq. "Amerikanın İran

9 oktyabr
.

İran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio

İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand

7 oktyabr
.

Tramp İrana zərbələri təxirə salır: ABŞ bölgəyə əlavə qüvvələr göndərir

ABŞ ilə İran arasında gərginlik davam edir. Vaşinqtonun diplomatik danışıqlarla bağlı açıqlamalarına baxmayaraq, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, neft daşımaları və bölgədəki hərbi mövcudluq əsas müzakirə mövzuları olaraq qalır. CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranl

9 oktyabr
.

30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı

ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da

7 oktyabr
.

Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın 2028-ci ildə ilk dəfə olaraq Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik etmək qərarını tarixi hadisə adlandırıb. BELTA-ya istinadən xəbər verir ki, Belarus lideri bu barədə Türkmənistanda keçirilən MDB sammitində çıxışı zamanı bildirib. "Təşkilatımızı

9 oktyabr
.

Bab əl-Məndəb boğazı Yəmən ordusunun nəzarətinə keçib

Yəmənin hökumət qüvvələri Bab əl-Məndəb boğazını və Perim adasını tamamilə nəzarətə götürüb, "Cənub nəhəngləri" briqadaları isə Dhubab rayonunda husilərlə toqquşmalara girərək onlardan bir neçəsini əsir götürüb. "Report" xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən "A

9 oktyabr
.

FTB ABŞ-da ticarət mərkəzinə hücumun qarşısını alıb

ABŞ Federal Təhqiqat Bürosu, müstəntiqlərin fikrincə, hücumu hazırlayan 18 yaşlı bir kişini həbs etməklə Mall of America ticarət mərkəzinə edilən hücumun qarşısını alıb. xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat verib. Niyyətlərini sübut etmək üçün FTB agentləri ona tüfəng və sursa

8 oktyabr
.

The Guardian: "Husilər Səudiyyə Ərəbistanının hava limanına hücum etdiklərini iddia edirlər"

Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına hücum etdiklərini iddia ediblər. Bununla yanaşı, aviaşirkətlər təhlükəsizlik narahatlıqları fonunda Səudiyyə Ərəbistanının paytaxtına uçuşları dayandırmağa başlayıblar. The Guardian-a istinadən xəbər verir ki

9 oktyabr
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

7 oktyabr