"Sülhməramlıların regionda mövcudluğuna zərurətin olub-olmaması sual yaradır" - DEPUTAT

"Sülhməramlıların regionda mövcudluğuna zərurətin olub-olmaması sual yaradır" - DEPUTAT"Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən törədilən növbəti təxribat artıq cəza tədbirləri, yaxud antiterror əməliyyatlarını zərurətə çevirir. İlk növbədə ona görə ki, ermənilər Azərbaycanın təmkinli davranışından sui-istifadə edərək müharibə cinayətlərini azğınlıqla davam etdirirlər. Belə ki, əvvəllər bu yoldan separatçıların istifadə etdiyi dövrdə hər hansı mina partlayışı baş verməyib, çünki sülhməramlılar və separatçılar tərəfindən istifadə olunurdu. Lakin bu yoldan ətrafındakı yüksəkliklərdəki mövqelərimizə təminat vasitələrini daşıyan avtomobillərimiz istifadə etməyə başladıqdan sonra hərbçilərimizin minaya düşməsi göstərir ki, minalanma son bir neçə gündə həyata keçirilib və Azərbaycan hərbçilərinin məhvinə hesablanıb. Xüsusi qeyd edim ki, burada hər hansı legitim müdafiə hüququndan söhbət gedə bilməz, çünki azərbaycanlı hərbçilər öz suveren ərazilərimizdə xidmət aparırlar".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, görünən odur ki, ermənilər öz xoşları ilə revanşist niyyətlərindən əl çəkmək istəmirlər və beləliklə də sülh, təhlükəsizlik naminə hərbi məcburetmə tədbirləri qaçılmazdır.

"Nəticə nə olacaq, proqnoz vermək çətin deyil. Əlbəttə ki, bugünkü insident Ermənistana baha başa gələcək, atılacaq addımlara görə isə Azərbaycan Müdafiə Nazirliyinin də ifadə etdiyi kimi, məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ola bilsin Ermənistan yeni geosiyasi situasiyada hansısa güc mərkəzlərinə ümid etməyə başlayıb, lakin Müzəffər Ali Baş Komandanın AzTV-yə müsahibəsində də ifadə etdiyi kimi, "İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər". Bugünkü hadisə eyni zamanda bir daha göstərdi ki, sülhməramlı kontingent üzərinə düşən öhdəlikləri nəinki yerinə yetirmir, əksinə sanki birtərəfli qaydada Ermənistanın və separatçıların maraqlarının ehtiva olunduğu yeni öhdəliklər müəyyən edib. Bu isə kontingentə onsuz da az olan etimadın bütün səviyyələrdə daha da azalması, sülhməramlıların bütövlükdə regionda mövcudluğuna zərurətin olub-olmaması suallarını meydana çıxarır. İstənilən halda hər kəs, Ermənistan da, onların havadarları da cənab İlham Əliyevin 4 gün öncə Salyandan ifadə etdiyi kimi, unutmamalıdır ki, "biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 894   Tarix: 25 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

7 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr