Direktor: "Uşaqlar, sadəcə, video çəkmək üçün liseydə kart oynayıblar" - FOTO

Direktor: "Uşaqlar, sadəcə, video çəkmək üçün liseydə kart oynayıblar" - FOTOSosial şəbəkələrdə Mingəçevir şəhəri Təbiət, riyaziyyat, humanitar təmayüllü liseydə şagirdlərin oyun kartları ilə qumar oynaması ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdə yuxarı sinif şagirdlərinin dərs saatlarında sinif otağında qumar oynadıqları əks olunub.

Şagirdlərin bu əməli haqqında Oxu.Az-a danışan liseyin direktoru Aidə İsmayılova hadisənin liseydə baş verdiyini təsdiqləyib. Direktor bildirib ki, bu, dərs vaxtı olmayıb:

Direktor: "Uşaqlar, sadəcə, video çəkmək üçün liseydə kart oynayıblar" - FOTO"Onlar 11-ci sinif şagirdləridir. Sonuncu dərs bitəndə uşaqlar, sadəcə, video çəkmək üçün maraq xətrinə 5-10 dəqiqəlik belə bir addım atıblar. Aprelin 13-ü baş verib və çəkdikləri videonu uşaqlardan biri "Instagram" səhifəsində paylaşıb. Beləliklə, yayılıb. Amma videonu görəndə uşaqlar özləri də mat qaldılar. Belə ciddi qınağa səbəb olacağını düşünməyiblər. Onların cəmi iki ayı qalıb, qəbul imtahanına hazırlaşırlar. Çox güman ki, stresdən qısa müddətlik belə bir əyləncə ilə fikir dağıtmaq istəyiblər. And içdilər ki, heç 10 dəqiqə çəkmədi. Tənəffüsdə videonu çəkib, evə gediblər. Polis araşdırması aparıldı, uşaqların dedikləri təsdiqləndi".

Aidə İsmayılova onu da qeyd edib ki, valideynlər liseyə çağırılıblar, onlarla söhbət aparılıb:

"Amma uşaqların qəbula hazırlaşdıqlarını nəzərə alaraq, töhmət və ya ciddi tədbir görülmədi. Belə bir məqamda onları daha da stresə, üzüntüyə sala bilmərik. Mənə elə gəlir, məsələni çox böyütməyə ehtiyac yoxdur".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimovun Oxu.Az-a verdiyi açıqlamaya görə, Mingəçevir şəhərində yerləşən məktəbdə şagirdlərin qumar oynamaları iddiaları ilə bağlı yayılan görüntülər əsasında şəhər polis şöbəsində araşdırma aparılıb.

Direktor: "Uşaqlar, sadəcə, video çəkmək üçün liseydə kart oynayıblar" - FOTOVideoda görüntülənən məktəblilərin XI sinif şagirdləri olduqları və dərsdən sonra sinif otağında pulla kart oyunları oynadıqları məlum olub. Valideynlərinin iştirakı ilə onlarla müvafiq izahat işləri və profilaktiki söhbətlər aparılıb. Valideynləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 189-cu (Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsi ilə protokol tərtib olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2528   Tarix: 25 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

7 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr