Bakıda bir sıra kirayə mənzillərin qiyməti iki dəfə artdı
Aprelin 28-də Bakıda "Formula-1" üzrə Azərbaycan Qran-prisi başlayacaq.
Bununla əlaqədar olaraq mərkəzdə və mərkəzə yaxın yerlərdə hotellərin və günlük kirayə verilən mənzillərin kirayə haqları bahalaşıb.
Məsələ ilə əlaqədar əmlak eksperti Ramil Qasımzadə Trend-ə bildirib ki, əsasən "Formula-1" yarışını izləmək mümkün olan mənzillərin günlük kirayəsi iki dəfə bahalaşıb.
"Kirayə qiymətlərinin bahalaşması müvəqqətidir. Mənzillərin günlük kirayəsi 300-500 manat arası dəyişir. Adi günlərdə isə bu mənzillərin qiymətləri 100-150 manat arasında dəyişir. Bunun da əsas səbəbi mövcud yarışlarla əlaqədar ölkəyə turist axınıdır. Çünki xarici turistlər əsasən yarışların keçirildiyi tribunalara bilet alırlar. Yarış bitən kimi qiymətlər əvvəlki vəziyyətinə qayıdacaq", - deyə ekspert qeyd edib.
Azərbaycan Hotel Assosiasiyasından isə Trend-ə bildiriblər ki, "Formula-1" yarışları ilə əlaqədar Bakıdakı mərkəzi hotellərin hamısında artıq yerlər tam dolub.
"Yarışlarla bağlı şəhərin mərkəzində yerləşən bir sıra iri hotellər daha çox turist qəbul edib. "Formula-1" trekindən məsafəcə bir az aralı olan hotellərin də 70%-dən çoxu dolub. Bu, mövsüm üçün çox yaxşı göstəricidir. Bir qədər kiçik hotellərdə də sıxlıq var. "Formula-1" bahalı idman növüdür və onun azarkeşləri də adətən maddi baxımından imkanlı adamlardır. Bu baxımdan turistlər daha çox yüksək komfortlu, mərkəzdə yerləşən və şəbəkə hotellərə üstünlük verirlər. Hotelləri bron edənlər əsasən Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, ABŞ və Avropa ölkələrinin vətəndaşlarıdır. "Formula-1" yarışlarının ölkəmizdə keçirilməsi Azərbaycanın tanıdılmasına, o cümlədən turizmin inkişafına dəstək verir", - deyə assosiasiyadan bildiriblər.
Mərkəzdə yerləşən hotellərdən isə bildirilib ki, "Formula-1"in izlənməsi mümkün olan mehmanxanalarda yerlər dolub.
"Hotellərin qiymətləri əvvəlki aylarla müqayisədə artıb. Qiymətlər hotellərin komfortuna və təqdim etdiyi xidmətlərə görə, 50-300 manat arasında yüksəlib. Belə ki, qiymətlərin bahalaşma səbəbi təkcə qalma müddəti ilə bağlı deyil. Turistlərə göstərilən xidmətlər arasında şəhərdaxili və regionlara səfərlərin təşkili də nəzərdə tutulur", - deyə mənbədən bildiriblər.
Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi 28-30 aprel tarixlərində baş tutacaq. Qran-pri ilə bağlı ən çox bilet alanlar Böyük Britaniya və Niderland vətəndaşlarıdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1663 Tarix: 25 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabr"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrÇiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrAQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
7 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabrHDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
7 noyabrGüllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabr