Uşaqlarının gözü qarşısında keçmiş arvadını vəhşicəsinə öldürən şəxslə bağlı QƏRAR

Uşaqlarının gözü qarşısında keçmiş arvadını vəhşicəsinə öldürən şəxslə bağlı QƏRARAbşeronda keçmiş arvadını öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, ittiham aktına qeyd edilib ki, təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürüb, yəni digər şəxsi qəsdən həyatdan məhrum edib.

Belə ki, o, rəsmi nikah münasibətlərində olduğu dayısı qızı, 1996-cı il təvəllüdlü zərərçəkmiş Rəqsanə Məmmədova ilə aralarında ailə-məişət zəminində baş verən mütəmadi mübahisələrə görə Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli qərarı əsasında onların nikahları pozulub. Bir il sonra yenə də qeyri-rəsmi ailə münasibətlərini davam etdiriblər. Lakin aralarında eyni zəminində yenidən baş verən mübahisələrə görə 2022-ci ilin fevral ayından müxtəlif mənzillərdə ayrı yaşamalarına baxmayaraq, Ramil 30 may 2022-ci il tarixdə, saat 21:20 radələrində sərxoş vəziyyətdə onunla mobil telefonla danışıb. Həmin vaxt "işdən çıx, evə gəl, anam da gedib, birlikdə yaşayaq" deyib. Rəqsanə isə "səni istəmirəm, mənim karyeram var, sən get həyatını qur, mənim yaşadığım var" deyə cavab verib. Daha sonra Ramil keçmiş arvadının ona xəyanət etməsini düşünüb, qısqanclıq zəminində qadını qəsdən öldürmək qərarına gəlib.

Bu məqsədlə yaşadığı Abşeron rayonu Xırdalan şəhərindəki mənzilin mətbəxindən bıçağı götürərək Rəqsanənin yaşadığı binanın 58-ci və 59-cu blokları arasında bir müddət gözləyib. Sonra o, təxminən saat 22:20 radələrində keçmiş arvadının azyaşlı övladları ilə birlikdə gəldiklərini görüb. Bu zaman özü ilə gətirdiyi bıçağı çıxarıb Rəqsanəyə yaxınlaşaraq heç bir söz demədən uşaqlarının gözü qarşısında ona 8 zərbə endirib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Ramil Məmmədov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində göstərib ki, 2010-cu ildə dayısı qızı Rəqsanə ilə Gürcüstanda ailə qurub, 2013-cü ildə isə Bakıya köçüblər. Birgə nikahdan 9 yaşında və 3 yaşında iki uşağı var. 2017-ci il tarixində boşanıblar, 1 il ayrı qaldıqdan sonra yenidən barışıb birgə yaşayıblar. Lakin rəsmi nikah bağlamayıblar. Hadisədən 4-5 ay əvvəl valideynləri Gürcüstana qayıdıblar.
8 dekabr 2021-ci il tarixdə atası rəhmətə gedib, Gürcüstanda dəfn işlərini həll edəndən sonra anasını da Bakıya gətirib. Anasını gətirməmişdən qabaq Rəqsanə ona narazılıq edib. Daha sonra arvadının anası gəlib onu aparıb, Ramilə "nə vaxt ayrı yaşayacaqsansa, Rəqsanəni gəlib apararsan" deyib. İki ay onlar ayrı qalıblar.

Ramil Məmmədovun sözlərinə görə, valideynləri Rəqsanəyə ondan icazəsiz onun qaldığı binanın 1-ci mərtəbəsində kirayə ev tutub, ofisdə iş tapıblar. 2022-ci il mayın 24-dən 25-nə keçən gecə işə gedəndə Rəqsanənin evinin işıqlarının yanılı olduğunu və içəridən səslər gəldiyini eşidib. Qalxıb pəncərədən baxanda onun rəfiqəsi ilə birlikdə hansısa kişiylə danışdığını görüb. Aşağı düşüb ona zəng vurub, əsəbi halda telefonla danışıb. Bir-iki gün sonra dayısına zəng edib. Dayısı telefonu açmayıb.

O qeyd edib ki, daha sonra özü ona zəng edərək "eşitdim qızımı öldürmək istəyirsən, Rəqsanəni öldür, sənin də, mənim də namusum təmizlənsin" deyib. Hadisə olan gün Rəqsanə ona birlikdə yaşadığı şəxs olduğunu, özünə başqa bir həyat qurmaq istədiyini söyləyib. Keçmiş arvadı ilə danışanda onun yanında Seyidzəhra adlı rəfiqəsi olub. Onların mübahisə etdiyini gördükdə Seyidzəhra qaçıb.

Ramil dindirilən zaman Rəqsanəyə 8 bıçaq zərbəsi vurduğunu etiraf edib.

O söyləyib ki, hadisə zamanı oğlu orada deyil, Seyidzəhranın bacısının evində olub, sonradan oraya gəlib. Hadisədən qabaq saat 12-13 radələrində evdə spirtli içki qəbul edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1218   Tarix: 26 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

7 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr