Anam, gözlə məni, gələcəyəm... - Əsir hərbçimizin İrəvandan göndərdiyi MƏKTUB - FOTO
Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun məktubu ailəsinə çatdırılıb.
Sonxeber.az xəbər verir ki, bu barədə modern.az-a əsir hərbçinin anası Şəlalə Axundova məlumat verib.
Onun sözlərinə görə, məktub BQXK nümayəndələri tərəfindən təqdim olunub.
"Salam anam. Mənəm Hüsü. Necəsən, anam? Vəziyyət necədir? İnşallah, gələcəyəm, anam. Gözlə. Özünə yaxşı bax. Nə olar məktub yaz mənə", - məktubda deyilir.
Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.
"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK-nin yaydığı məlumatda deyilir.
Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Bu yaxınlarda onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1137 Tarix: 27 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kürdə suyun səviyyəsi artdı, Sabirabadda körpü sıradan çıxdı (FOTO)
Sabirabadın Ulacalı kəndində Kür çayında suyun səviyyəsinin artması fəsadlara səbəb olub. APA-nın məlumatına görə, son günlər yağan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi artmaqdadır. Nəticədə Sabirabadın Ulacalı və Qruzma kəndlərini birləşdirən panton körpü sıradan çıxıb. Kəndlə
29 aprelMəşhur ticarət mərkəzi BAĞLANIR?
Bakının Nizami rayonunda yerləşən "Lotos" ticarət mərkəzində bir neçə sahibkar mağazasını bağlayıb. "Azad Azərbaycan" TV-yə istinadən xəbər verir ki, mağazaların bağlanmasına səbəb kimi aylıq kirayə haqlarının artırılması iddia olunur. Vəziyyətdən şikayətlənən sahibkarlardan bir
29 aprelBu şəxslərin 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən görüləcək işlərin siyahısı açıqlanıb. Qaynarinfo xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir v
28 aprelAAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının Mühafizəsi Xidmətində daha bir vəzifəli şəxs işdən azad edilib. Qaynarinfo-nun məlumatına görə, qurumun Nəzarət şöbəsinin rəisi Mehman Hüseynov İsrafil oğlu da işdən çıxarılıb. O, sözügedən xidmətdə əsas fiqurlardan biri kim
29 aprelBakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR
Bakı şəhərində səkilər, həyətlər, park və bağların abadlaşdırılması və təmiri ilə bağlı işlər görüləcək. -in əldə etdiyi məlumata görə, layihəni "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC icra edəcək. Görüləcək işlərin ümumi dəyəri təxminən 65 milyon manata yaxındır. Layihə çərçivəsində səkiləri
29 aprelMəzunlar üçün yeni tələblər təsdiqləndi
Xəbər verdiyimiz kimi, dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib. Qaydalarda VII-XI siniflər üzrə müsahibənin hansı meyarlar əsasında qiymətləndiriləcəy
29 aprelAzərbaycanda analarının soyadını götürən uşaqların sayı açıqlandı
2025-ci il ərzində valideynlərinin soyadları fərqli olduğu halda Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ananın soyadı ilə qeydə alınan uşaqların sayı 185 nəfər təşkil edib. xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2026-cı ili
29 aprel