Azərbaycanda biznesmen pula görə oğurlandı - CƏZA

Azərbaycanda biznesmen pula görə oğurlandı - CƏZABakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Rahib Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Rəhimov 7 il 6 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

İttihama görə, 1968-ci il təvəllüdlü Rahib Rəhimov qabaqcadan əlbir olduğu bir qrup şəxslə 27 may 2013-cü ildə saat 22 radələrində istintaqla müəyyən edilməyən İlkin adlı şəxsin vasitəsilə zərərçəkmiş Namiq Qafarov (ad şərti) ilə sonuncunun qeyd edilən şəxslərə 53 054 manat pul borcu ilə bağlı danışıqların aparılması məqsədilə Bakı şəhərinin Xətai rayonu Əhmədli qəsəbəsi Gəncə prospekti 54 saylı binanın qarşısında görüşüb.
Rahib Namiqə zor tətbiq edərək tanışının "Tofaş" markalı avtomobilinə mindirib digər tanışları sonuncunun icraçı direktor işlədiyi Bakı şəhəri Binəqədi rayonu Xutor qəsəbəsi S.Bəhlulzadə küçəsində olan şirkətinə məxsus yarımtikili binanın gözətçi otağına aparıb. Orada Rahib və tanışları zərərçəkmişi döyüblər. Sonra Rahibin tanışları Namiqi "Hyundai Azera" markalı avtomaşına mindirib əvvəlcədən kirayə götürdükləri Bakı şəhəri Səbail rayonu B.Sərdarov küçəsi, 12 saylı binanın qarşısına gətiriblər. Orada onları gözləyən Rahibin digər tanışları Namiqi binanın 4-cü mərtəbəsində olan 44 saylı mənzilə gətirərək 29 may 2013-cü il tarixədək qanunsuz saxlayıblar. Həmin mənzildə saxlanılan müddətdə onlar zərərçəkmiş şəxsi döyüb, ona sağlamlığa yüngül zərər vurmaqla işgəncə veriblər.

Namiq Qafarov məhkəmədə ifadəsində göstərib ki, Rahiblə aralarında həmişə böyük hörmət olub. Alış-veriş zamanı aralarında borc yaranıb, təqribən 40 min manatı qaytara bilməyib. Məlum hadisə baş verən gün dost bildiyi şəxs ona zəng vuraraq çay içməyə dəvət edib, yaşadığı evdən səki ilə gedərkən "Tofaş" markalı avtomobil sürətlə üstünə gəlib. Maşında Rahib, Həbib və adını xatırlamadığı digər şəxs yumruqla vuraraq onu avtomobilə otuzdurublar, "Xutor" ərazisində yeni tikilən binanın zirzəmisinə gediblər. Gecə saat 3-4 radələrində onu İçərişəhərdə yerləşən beşmərtəbəli binaya gətiriblər, iki gün orada təzyiq altında, əli-qolu bağlı şəkildə saxlayıblar. Bazar ertəsi pul verəcək oğlanla Şıxovda görüşəcəkmiş, həmin vaxt Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində barəsində istintaq edilən cinayət işi olub və müstəntiq Nazim müəllimin yanına getməli olub. Səhər saat 7-8 radələrində ayaqyoluya getmək bəhanəsi ilə "102" mərkəzinə zəng vurub, onun mobil telefonu açıq olub. Zənglər gəlib və icazə veriblər ki, danışsın, başqaları Namiqin oğurlandığından şübhələnməsinlər. Kağızlara "mənə kömək edin, məni oğurlayıblar" yazıb, polis əməkdaşları gələrək onu qurtarıblar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1655   Tarix: 27 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

7 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr