Media nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirildi - FOTO

Media nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirildi - FOTOEkologiya və Təbii Sərvətlər Nazirliyi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Sonxeber.az xəbər verir ki, yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə sözügedən qurumların rəsmilərinin, media subyektlərinin rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu gün media nümayəndələri ilə keçirilən ağacəkmə aksiyası zamanı hər kəsi bu aksiyalara qoşulmağa dəvət edib:

"Ümid edirik ki, bütün vətəndaşlarımız, təşkilatlar, qurumlar bu aksiyaya qoşulacaq və ölkəmiz, şəhərlərimiz daha yaşıl olacaq. Bu gün Elm və Təhsil Nazirliyinin əməkdaşlarının da iştirakı ilə bu ərazidə ağac əkmişik. İnanırıq ki, bura böyük bir bağ olacaq. Ümumilli liderimiz Heydər Əliyevə həsr olunmuş bu aksiyalar bir kampaniya kimi ilin əvvəlindən başlayıb və sonuna qədər də davam edəcək".

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qeyd edib ki, Müşfiqabadda bu vaxta qədər 300 hektara qədər ərazi yaşıllaşdırılıb:

"Müşfiqabadda bu ərazi müasir suvarma sistemi ilə təchiz olunub. Ərazidə formalaşan tullantı sularının təmizlənməsi prosesi həyata keçirilir və ağacların suvarılmasında istifadə olunur. Bu tədbir ulu öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunması çərçivəsində ölkənin bütün regionlarını əhatə edən tədbirlərdən biridir. Məqsədimiz bu il ərzində 3 milyon ağacın əkilməsidir. Bu günə qədər əkin kampaniyası çərçivəsində 1 milyondan çox ağac əkilib. Çox şadıq ki, bu mühüm işlərdə tək deyilik. Bütün nazirliklər, təşkilatlar, eləcə də media nümayəndələri bu prosesdə təmsil olunurlar".

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib ki, Azərbaycanda müstəqil mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır:

"Ulu Öndər həmişə jurnalist peşəsinə dərin hörmət bəsləyib, mətbuat işçiləri ilə yaxın təmasda olub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamızda söz, fikir və məbuat azadlığı ilə bağlı konkret müddəalar əksini tapıb.

2002-ci ilin martında Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində Heydər Əliyevin "Jurnalistlərin dostu" seçilməsi Ümummilli Liderin medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olub.

Ümummilli liderimiz Heydər Əliyevin nurlu xatirəsi Azərbaycan mətbuatının tarixində, jurnalistlərin qəlbində əbədi yaşayacaq, Azərbaycan jurnalistləri Ulu Öndərimizi həmişə qədirbilənliklə anacaqlar".

"Şərq" qəzetinin təsisçisi Akif Aşırlı qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən silsilə tədbirlər içərisində bu aksiyanın da xüsusi yeri var: "Heydər Əliyev təbiəti, ağacları sevirdi. Hətta belə bir məşhur deyimi var: "Kim ağac kəsərsə, elə bil mənim qolumu kəsib". İndi biz onun vəsiyyətinə əməl edərək qol kəsmirik, ağac əkirik".

Bu aksiyanı həmrəylik baxımından da yüksək qiymətləndirirəm. Burada müxtəlif cinahlarda çalışan media nümayəndələri var. Onları belə bir məqsəd üçün bir yerə toplamaq həmrəylik baxımından gözəl əməldir".

Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi jurnalistlərlə artıq bir neçə dəfə ağacəkmə aksiya keçirib:

"Bu gün ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində böyük bir jurnalist ordusunun iştirakı ilə burada ağacəkmə aksiyasının keçirilməsi həm Ümummilli liderin xatirəsinə, həm də təbiətimizə böyük bir töhfədir. Buna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşkilatçılığına görə təşəkkürümüzü bildiririk".
Media nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirildi - FOTOMedia nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirildi - FOTOMedia nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirildi - FOTOMedia nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirildi - FOTOMedia nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirildi - FOTOMedia nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirildi - FOTOMedia nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirildi - FOTOMedia nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirildi - FOTOMedia nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirildi - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1341   Tarix: 27 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

7 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr