"Dilimizi qorumaq və onu inkişaf etdirmək hər birimizin müqəddəs borcudur" - ŞƏRH

"Dilimizi qorumaq və onu inkişaf etdirmək hər birimizin müqəddəs borcudur" - ŞƏRH"Milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında ana dilimizin rolu böyükdür. Dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələləri keçərək onunla eyni taleyi yaşayıb müasir dövrə gəlib çatan ən böyük mənəvi sərvətlərimizdəndir. Dilimizin keçdiyi çətin dövrlərdən biri də SSRİ dövrü idi. SSRİ Konstitusiyası qəbul edildikdən sonra milli dillərin sıxışdırılması üçün daha ciddi tədbirlər görülməyə başladı.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi Azərbaycan SSR-nin 1978-ci il tarixli Konstitusiyasında təsbit olunması bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyırdı.O dövrün çətinliklərinə baxmayaraq öz xalqını, millətini böyük məhəbbətlə sevən ümumilli lider Heydər Əliyev ötən əsrin 70-ci illərində ana dilinə dövlət dili statusunun verilməsi uğrunda cəsarətlə və qətiyyətlə mübarizə aparmağa başladı. Ulu Öndər məqsədinə çatmaq üçün Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddənin salınmasına çalışırdı. Heydər Əliyev ziyalıları da mübarizəyə cəlb edərək bu prosesi daha da gücləndirdi".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, 1978-ci ildə Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Nəticədə bu məsələ Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Bununla da Azərbaycan dili dövlət dili statusunu aldı.

"Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Azərbaycan dilinin davamlı inkişafı, ana dilində nəşr edilən kitabların sayının artması, Ulu Öndər Heydər Əliyev tərəfindən dilimizin inkişafı istiqamətində digər həyata keçirilən tədbirlər xalqımızın müstəqillik düşüncələrini daha da gücləndirmiş oldu.Dövlətimiz tərəfindən Azərbaycan dilinin inkişafı və qorunması sahəsində mühüm işlər görüldü. 2001-ci ildə Ulu Öndər Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman imzaladı. Bu Fərman dilimizin inkişafı və tətbiqində yaranan problemlərin aradan qaldırılmasında xüsusi rol oynadı. Həmin Fərmanda nəzərdə tutulan digər mühüm məsələ Dövlət Dil Komissiyasının yaradılması idi. Ümumilli lider Heydər Əliyevin 2001-ci ildə "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" imzaladağı digər Fərmana əsasən ölkəmizdə hər il 1 avqust tarixində Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməyə başlandı. Daha sonra, 2002-ci ildə Azərbaycan dilinin tətbiqi, qorunması, inkişafı və ana dilinin dövlət dili kimi hüquqi statusunun təsbit olunması məqsədilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu gün, Ümummilli Lider Heydər Əliyevin dilimizin qorunmasına yönəlmiş siyasətini cənab prezident İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyev 2004-cü ildə "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" verdiyi sərəncamlarla elmin və mədəniyyətin inkişafına xüsusi diqqət göstərdiyini bir daha təsdiqləmiş oldu. Ana dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: "Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur". Ana dilimizi qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının müqəddəs və mənəvi borcudur".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 615   Tarix: 28 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rus ordusu Annopolyeni işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

8 oktyabr
.

Uitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə yeni sülh planını müzakirə edəcək

Bu gün ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun müşaviri Cared Kuşner Ukrayna nümayəndə heyəti ilə müharibənin başa çatdırılmasına dair yeni planı müzakirə edəcəklər. Bu barədə NBC News ABŞ administrasiyasının adının açıqlanmasını istəməyən yüksəkvəzifəli nümayəndəsinə istinadə

9 oktyabr
.

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdə

7 oktyabr
.

Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın 2028-ci ildə ilk dəfə olaraq Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik etmək qərarını tarixi hadisə adlandırıb. BELTA-ya istinadən xəbər verir ki, Belarus lideri bu barədə Türkmənistanda keçirilən MDB sammitində çıxışı zamanı bildirib. "Təşkilatımızı

9 oktyabr
.

Finlandiyada pensiya yaşı 70-ə qaldırıla bilər

Finlandiyanın Maliyyə Nazirliyi ölkədə sosial təminat sistemində genişmiqyaslı islahatların aparılmasını, dövlət xidmətləri və müavinətlərin azaldılmasını, pensiya yaşının isə 70-ə çatdırılmasını təklif edib. Bu barədə "Yle" tele-radio şirkəti nazirliyin təqdim etdiyi islahat layihəsinə istinadə

7 oktyabr
.

İran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio

İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand

7 oktyabr
.

İstanbulda yaşayış binası çökdü - Dağıntılar altında qalanlar var

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası çöküb. Qaynarinfo bu barədə "TRT Haber"ə istinadən xəbər verir. Hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalan şəxslərin olduğu bildirilir. Onların axtarış-xilasetmə işlərinə başlanıb. Hadisə nəticəsind

8 oktyabr
.

Vens: "İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır"

İran ABŞ-la müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə azaltmalıdır. "Report"un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Reuters"ə müsahibəsində deyib. "Əgər nüvə silahı istəmirsinizsə, onda uranı niyə 60 faizə qədə

7 oktyabr
.

Astronomiyada sıçrayış: Günəş sisteminin 9-cu planetinin ilk izləri aşkar edildi

Alimlər Doqquzuncu planetin axtarışında, görünür, mühüm irəliləyiş əldə ediblər. Onlar parlaqlığı və yavaş hərəkəti Yerdən və Günəşdən belə uzaqlıqda yerləşən kosmik cisim üçün gözlənilən göstəricilərə tam uyğun gələn zəif bir obyekt aşkar ediblər. Qaynarinfo "Wion"a istinadən xəbər verir ki

9 oktyabr