"Baku Electronics"in satdığı məhsul müştərini hər gün PARTLAYIŞ səsi ilə OYADIR – ŞİKAYƏT/FOTOFAKT
Son illər Azərbaycanın istehlak bazarında ciddi problemlərin şahidi oluruq. İldən-ilə Azərbaycanın ticarət şəbəkəsində ad qazanan nəhəng şirkətlərdən şikayətlənənlərin sayı durmadan artır. Marka və məhsullarını fəaliyyət göstərdikləri ölkələrin reklam lövhələrində tanıdan bu şirkətlər istehlakçıların pulunu alıb, onlara keyfiyyətsiz mallar satırlar. Ən çox şikayətlər isə məişətdə istifadə olunan mürəkkəb-texniki cihazların satışı ilə bağlı olur.
Keyfiyyətsiz malı dəyişmək, yaxud qaytarmaq isə sonradan müşkül məsələyə çevrilir.
Əvvəlcə müştərisinə "yağlı" vədlər verib məhsulunu "sırıyan" şirkət problem yarananda məsələdən çox rahatlıqla sıyrıla bilir. Keyfiyyətsiz məhsuluna toz qondurmamaq üçün şikayətlənən müştərisinə kömək etmək əvəzinə, müxtəlif variantlar gətirirərək, öz təbirlərində istehlakçını günahkar çıxarmalı olurlar.
Belə şirkətlərdən biri "Samsung" un rəsmi distribütoru olan "Baku Electronics "ticarət mərkəzidir. Bu dəfə redaksiyamıza adının açıqlanmasını istəməyən Bakı sakininin 4 ay əvvəl "Baku Electronics" dən aldığı qaz plitəsinin keyfiyyətisz və nasaz olması ilə bağlı şikayət daxil olub.
Vətəndaşın bildirdiyinə görə aldığı müddətdə məişət cihazı doğru-dürüst işlək vəziyyətdə olmayıb. Əksinə ailə üçün əməlli-başlı kabusa çevrilib:
"Dekabrın 14-də "Baku Electronics "in Nərimanov rayonundakı mağazasından 950 manat məbləğində 3 il zəmanətlə qaz plitəsi aldım. Evə gətirilib quraşdırılandan bir neçə gün sonra partlayış səsindən dik atıldıq. Qaz plitəsindən çıxan partlayışın zərbəsi yaşadığım binadakı işıq sistemini bütünlüklə sıradan çıxarmışdı. Dərhal şirkətin servisinə məlumat verdik. Servis əməkdaşı plitəni yoxlayandan sonra partlayışı elektrikdə olan problemlə əlaqələndirdi. Bir müddət sonra analoji hal yenidən yaşandı.
Təkrar servis əməkdaşına müraciət etməli olduq. Cihazı yoxlayan servis əməkdaşı bu dəfə məhsulun nasaz və istifadəyə yararsız və dəyişdirilməli olduğunu bildirdi. Şirkət isə məhsulun 21 gün sonra dəyişdirilə biləcəyini deyir".
Nasaz məhsulla aldadılan müştəri problemin yerində həll edilməməsindən gileylənib. Onun sözlərinə görə özləri ilə yanaşı yaşadıqları binadakı sakinləri, eləcə də bütün elektrik şəbəkəsini təhlükə altına salan plitənin bu qədər uzun müddətə dəyişdirilməsi anlaşılan deyil:
"Halbuki bu durumdan şirkət də xəbərdardır. Dəfələrlə müraciətlərimizə baxmayarq eyni cavab verilir. İndi nə edək? Günümüzü partıltı səsi ilə açıb, 21 günü gözləyək? İstifadəsi mümkün olmayan plitə ilə binanın işıq sistemini sıradan çıxara-çıxara yaşayaq? İstehlakçıya vəd etdikləri yüksək xidmət budur? Artıq zənglərimizə belə məhəl qoyulmur".
Şikayətçi üzləşdiyi problemdən dolayı vətəndaşları da ayıq-sayıq olmağa çağırıb.
Məsələ ilə bağlı "Bakı Electronics"lə əlaqə saxladıq.
Şirkətin nümayəndəsi Ozan Okumuş Bizim.Media-nın sorğusuna cavab olaraq problemin araşdırılacağını bildirib.
Mövzunu diqqətdə saxlayacağıq...
Bizim.Media
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1536 Tarix: 28 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabr