Küçələri "bəzəyən" toyuq dönəri: Niyə nəzarət edən yoxdur?

Küçələri "bəzəyən" toyuq dönəri: Niyə nəzarət edən yoxdur?İndi şəhərin mərkəzində, eləcə də Bakıətrafı kənd və qəsəbələrdə az qala hər tinin başında bir dönərxana ilə qarşılaşmaq adi haldır.

İçinə bir dönərçi ilə aparatın zorla sığışdığı balaca bir məkan və ətrafa yayılan qoxu.

Müştərisi kifayət qədər olan dönərxanalar həm bu fürsətdən, həm də alıcının sorğu-suala o qədər meyilli olmadan alıb yeməsindən istifadə edərək necə gəldi hazırladığı dönərini satmaqla məşğul olurlar. Çox vaxt ala-çiy, yaxud üzəri yanıb qaralmış dönəri "yonub" çörəyin arasına yığırlar. Sonra da üzərinə sürtdüyü bol mayonezlə ətin hansı rəngdə olduğunu ört-basdır edərək müştəriyə təqdim edirlər.

Bir az diqqətli olan insan dönərxana işlədənlərin əksəriyyətinin həm satıcılığı, həm ustalığı özünün etməsinin şahidi olar. Əlini gah pula, gah çörəyə uzadan dönərçilərin bu hərəkətinə isə başı telefona qarışan müştəri heç əhəmiyyət vermir. Bir vaxtlar toyuq dönərinin satışı qadağan olunsa da, indi toyuq dönəri daha çox satılır. Üstəlik dönərdən tez-tez zəhərlənmə halı da yaşanır. Dönər yedikdən sonra hər özünü pis hiss edən həkimə getməsə də, bu qidalar insan orqanizmində öz fəsadını gec-tez verir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan qida mütəxəssisi Ağa Salamovun sözlərinə görə, ki, dönərdən zəhərlənmələrin bir çox səbəbləri var:

"Satılan dönərlərdən zəhərlənmə halları çox olur. Zəhərlənməni də daha çox toyuq dönəri yaradır. Bunun da bir çox səbəbləri var. Ətin emal prosesi isti otaqda aparılır. Otağın temperaturu nəzərə alınmır. Emal prosesi uzun çəkir və əti mikroçirklənməyə məruz qoyurlar. Maya dəyərinin az olması üçün mənşəyi məlum olmayan toyuqlardan dönər hazırlayırlar. Bunların hamısı müzakirəyə açıq mövzulardır".

Hazırlanan dönərin tez-tez çiy olması probleminə gəlincə, mütəxəssis bildirib ki, bu hal dönər satanların tələskənliyindən, qaydalara əməl etməməsindən baş verir:
"Çox vaxt dönərçilərin müştəriləri çox olur. Onlar da müştərini geri qaytarmaq istəmir, onun yerinə ala-çiy dönər satmağa üstünlük verirlər. Dönərin bir hissəsi kəsildikdən sonra yeni qatın bişməsi üçün gözləmək lazımdır. Amma çox zaman dönərçilər bunu gözləmirlər. Yarıbişmiş vəziyyətdə olan, yəni daxili istiliyi 75 dərəcəyə çatmayan ət məhsulları birbaşa zəhərlənmə verə bilər. Ətin bişməsi üçün iç istilik ən azı 75 dərəcə olmalıdır. Məsələn 65 dərəcə istiliklə hazırlanan dönər insanları zəhərləyir".

Mütləq təlimdən keçməlidirlər

Ağa Salamov onu da bildirib ki, dönər hazırlamaqla məşğul olanların maarifləndirilməsinə ehtiyac var. Belə ki, hansısa bir assosiasiya, qurum tərəfindən bir təlim mərkəzi olmalı və dönər ustası olmaq istəyən iddiaçılar orada təlimə cəlb olunmalıdırlar.

"Həmin mərkəzdə təlim keçməyən, sertifikatı olmayan, dönər hazırlamağın düzgün şərtlərindən xəbərsiz olan dönərçiləri bu işdən kənarlaşdırmaq lazımdır. Standartları bilməyənlər necə dönər hazırlaya bilərlər?", - deyə texnoloq vurğulayıb.

Ən çox yaşlıların, uşaqların dönərdən zəhərlənmə ehtimalının olduğunu deyən Ağa Salamov, ölüm halının istisna olunmadığını da vurğulayıb:

"Toyuqda salmonella bakteriyası var ki, o da qida zəhərlənmsinin başlıca səbəblərindən biridir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1260   Tarix: 29 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr