"Boşanmış qadın"ların 30 manat xahişi - "Kartıma 30 min köçürün" tələbi

"Boşanmış qadın"ların 30 manat xahişi - "Kartıma 30 min köçürün" tələbiƏgər bir adama pislik etmək istəyirsinizsə, mediada və ya sosial şəbəkədə onun barəsində iki kəlmə tərifli söz yazın: "Mərhəmətlidir, əliaçıqdır".

Bunu yazın, durun qıraqda, onun bu məziyyətindən sui-istifadə etməyə çalışan dələduzlar, kəmfürsətlər, müftəxorlar adamın gününü qara, həyatını zəhər edəcəklər. Evinə gələcəklər, işinə gedəcəklər, telefonuna zəng edəcəklər, elektron poçt ünvanına, Feysbuk hesabı varsa, ora yazacaqlar, hərəsi bir şey istəyəcək. Axırda adam ya mərhəmətli və əliaçıq olduğunu rəsmən təkzib edəcək, ya da tamam müflis olacaq.

Əgər adam birinci yolu tutsa, bu dəfə reputasiyası qara qəpiklik olacaq, bir neçə ayın içində "yaxşı adam"dan çevrilib, türkün sözü, "kötü adam" olacaq, dalınca söyəcək, qarğıyacaqlar, "yalançı" adlandıracaqlar, deyəcəklər, hamını aldadıb, kömək vəd edib, yerinə yetirməyib, xəstələri müalicəsiz qoyub, onun üzündən xaricdə universitetə daxil olmuş gənc oxumağa gedə bilməyib və s.

Bax, belə olur ki, ölkənin əsl xeyriyyəçi adamları öz xeyirxah əməllərində davamlı ola bilmirlər. Dələduzlar, kəmfürsətlər, müftəxorlar onları peşman etməklə yanaşı, gerçəkdən maddi yardıma ehtiyacı olan dürüst, abırlı və vicdanlı adamların haqqına girirlər. Bunlar birinə ağız açmaq istərkən abırlarına qısıldıqları, utandıqları halda həyasızlar "Porşe"nin pulunu düzəldir və bu fırıldaqçılara baxan adamlar pörşələnmiş halda qalırlar.

Yadınızda olar, iki ay öncə Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra ümummilli yardım kampaniyasına bir köçkün həmvətənimiz də qoşulmuşdu. Onu başqalarından fərqləndirən məqam o idi ki, o, yardımı öz kasıb halıyla, qırmızının 50 çalarıyla rənglənmiş köhnə-köşkül maşınıyla etmişdi. Ona görə də simvola çevrildi, həm ölkəmizdə, həm də Türkiyədə böyük təqdir qazandı. Sərvər adlı eloğlunu Türkiyə dövlətinin rəhbərləri ölkələrinə dəvət etdilər, görüşdülər. Redaksiyamızın təşəbbüsü və vasitəçiliyi ilə ona lüks avtomobil bağışlandı, ev tikildi.

İndi elə bilməyin ki, hər şey rəvan ötüşdü. Xeyr. O hadisədən sonra redaksiya rəhbərliyinə yardım üçün nə qədər adam ağız açdı, bir bilsəniz. Bizimlə heç bir tanışlığı olmayan adam haradansa telefon nömrəsi taparaq, zəng edib ərkyana bir şəkildə deyirdi ki, 30 min manata ehtiyac var, kart nömrəsi göndərim, hesaba yatırın, ya da yolum düşəndə özüm gəlib götürərəm.

Üçdə alacağım, beşdə verəcəyim olmasa da, mənə də mesaj yazırdılar ki, filan-filan problemlərim var, nə kömək edə bilərsiniz. O biri əməkdaşlarımıza da yazırmışlar. Özü də elə adamlara ki, onlar kirayədə yaşayır, işə ictimai nəqliyyatla gəlib-gedirlər, şagird övladlarının repetitor haqqını ödəmək üçün kollektivdə "lotereya" oynayırlar. Amma bu qədər maddi sıxıntının içindəykən, kiməsə 30 min manat yardım etməlidirlər, yaxud da bir iş adamından xahiş etməlidirlər ki, tanımadıqları adam özünə çiçəklənən biznes qursun.

Söz yox, maddi yardım umanların arasında doğrudan da qayğıya, dəstəyə ehtiyacı olanlar, əlacı hər yerdən kəsilmiş adamlar var, amma yuxarıda dediyim kimi, kəmfürsətlər və müftəqxorlar həmişə onları qabaqlayır və haqlarına girirlər.

Elə sosial şəbəkə üzərindən adama mesaj yazıb 20-30, bəzən də 50 manat istəyən adamlar da o qrafadandır. Çoxu da "yeganə övladına ad günü keçirmək istəyən boşanmış gənc qadın"dir. Eyni məzmunlu mesaj gah ölkənin cənubunda, gah şimalında, gah qərbində, gah da düz mərkəzində yaşayan "xanım"lardan gəlir. Nə olub, ölkə 30-33 yaşında "boşanmış qadın"larla dolub-daşırmı?

Bəs nə əcəb paytaxtda belələri yoxdur? Ona görə ki, "paytaxtda yaşayan boşanmış qadın"ın ifşa olunmaq ehtimalı böyükdür. Mütləq çox adam yazacaq ki, gəl pulu nağd apar və üzünü görək, lazımsa, sonra yenə kömək edərik. Belə olanda düz gəlmir. Çünki o "boşanmış qadın"ların tam əksəriyyəti 25-35 yaşında cavan oğlanlardır, haradansa tapdıqları qadın şəkillərinin arxasında gizlənərək insanlardan pul dilənirlər, gündə 3 adamı tələyə salsalar, ayda 3 min manat civarında pul əldə edirlər. Nələrinə bəs deyil? "Patı"larına da çatar, "Kazbek"lərinə də, hələ viski və enerji içkilərinə də.

"Boşanmış qadın"ların 30 manat xahişi - "Kartıma 30 min köçürün" tələbiDünən virtual dostlardan biri ünvanına gələn yardım xahişinin skrin-şotunu paylaşıb. Məlum olur ki, artıq 3 manat kontur pulu istəyənlər də var.

Marketlərə girib-çıxmalı deyil, hər 30 metrə bir gənc dilənçi düşür, ənənəvi tıxac olan küçələrdə yol boyunca sıralanırlar (deyəsən, tıxac yerlərini naviqatorla müəyyən edirlər).

Bir ölkədə bu qədər dilənçi olmaz. Əmin olun ki, onların çoxu müftəxorlardır və bu axırıncı yolu heç də iş tapmadıqları üçün seçməyiblər. İmtahan üçün, onların birinə yaxınlaşın, deyin ki, gəl, gedək, sənə 700 manat maaşı olan iş düzəldim, görün, razılaşacaqlarmı. Razılaşmayacaqlar, əvəzində ayda 400-500 manat pul qazanmaq üçün hər gün səhərdən axşama qədər işləyən minlərlə adama əl açır, onlardan 10 dəfə artıq qazanır, daha yaxşı yaşayırlar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1621   Tarix: 30 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr