Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2023" keçirilib
Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2023" keçirilib.
2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplamaqla seçilir. Budəfəki marafona 19 500 nəfər iştirakçı qeydiyyatdan keçib. Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edib.
Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafona qeydiyyatdan keçib. Bunların sırasında bu il ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar olub. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışıb.
Marafon birincilik uğrunda yarışla yanaşı, həm də iştirakçılarda yaratdığı gözəl əhval-ruhiyyə ilə yaddaqalan olur. İştirakçılar bu il də yarışa böyük marağı, yarışa xüsusi hazırlaşdıqları ilə seçilirdi. Marafon başlayanadək start nöqtəsi ərazisindəki fan zonada müxtəlif əyləncələr, şoular, tanınmış müğənnilərin konserti olub.
Yarışda, eyni zamanda Qarabağ qaziləri, fiziki imkanları məhdud olan şəxslər iştirak edib.
Marafonda birinci start fiziki imkanları məhdud şəxslər və daun sindromlu uşaqlar üçün verilib. İkinci startda isə digər iştirakçılar yarışa qoşulub.
"Küləyə qalib gəl" şüarı altında keçirilən yarımarafon 21 kilometr məsafəni əhatə edib. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub, marşrut Dənizkənarı bulvar zonasından keçməklə şəhərin mərkəzi küçə və prospektlərini əhatə edib.
***
"Bakı Marafonu 2023"ün qalibləri müəyyənləşib.
Kişilər arsında ukraynalı Boqdan Simonoviç finişə birinci çatıb. Gürcüstanlı David Karataşvili ikinci, türkiyəli Arkan Çoban 3-cü yeri tutub.
Qadınlar arasında ukraynalı Natalya Simonoviç hamını qabaqlayıb. Türkiyəli Hasibe Demir 2-ci, digər Ukrayna təmsilçisi Valentina Poltavska 3-cü olub.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1467 Tarix: 07 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRonaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy
17 oktyabrİtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib
Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr
24 oktyabr"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı
Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"
22 oktyabrQılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə
12 oktyabrİngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar
İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər
14 oktyabrAzərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar
18 oktyabrAzərbaycanı U-19 dünya çempionatında doqquz boksçu təmsil edəcək
Monteneqronun Budva şəhərində keçiriləcək 19 yaşadək boksçular arasında dünya çempionatında Azərbaycanı doqquz boksçu təmsil edəcək. Bu barədə -aa Azərbaycan Boks Federasiyasından məlumat verilib. 12 gün davam edəcək yarış oktyabrın 16-da start götürəcək. Baş məşqçi Elbrus Rzayev U-19 dünya çempionatınd
15 oktyabr