"Bakı Marafonu 2023"ün qadınlar arasında qalibi: "Yoldaşıma görə narahat idim"
"Bakı Marafonu 2023"də göstərdiyim nəticədən çox razıyam.
Bunu "Bakı Marafonu 2023"ün qadınlar arasında qalibi, Ukraynadan olan idmançı Natalya Simonoviç deyib.
"Bakı Marafonu" çox sürətlidir və külək olmasaydı, daha da sürətlə qaçardım. Nəticəmdən çox razıyam, hər şey qaydasında getdi. Mənim üçün qadınlar arasında güclü rəqib yox idi.
Yoldaşım da bu gün "Bakı Marafonunda" iştirak etdi, bir az ondan narahat oldum. Uzaqdan gördüm ki, güclü rəqiblə qaçır, ona görə də finişə qədər gücü çatacaqmı deyə narahat oldum. Çox sevindim ki, o da marafonu sürətlə qaçdı və qalib gəldi", - deyə o bildirib.
Xatırladaq ki, kişilər arasında birinci yeri Boqdan Simonoviç tutub.
N.Simonoviç əlavə edib ki, "Bakı Marafonu"nda ilk dəfədir ki, iştirak edir, lakin sonuncu dəfə olmayacağına ümid edir.
"Ola bilsin ki, "Bakı Marafonu" üçün Azərbaycana bir neçə dəfə də gələcəyəm. Deyim ki, Bakı çox gözəl şəhərdir, onun görməli yerlərini daha yaxından tanımaq istərdim. Ümid edirəm ki, bu axşam şəhəri gəzəcəm", - deyə o bildirib.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6-ci dəfə Bakı marafonu keçirilib.
"Bakı Marafonu 2023"də 19500 nəfər iştirakçı qeydiyyatdan keçib.
2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
"Küləyə qalib gəl" şüarı altında keçən yarımarafon 21 kilometr məsafəni əhatə edib.
Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub.
Trend
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1717 Tarix: 07 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy
17 oktyabrİtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib
Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr
24 oktyabr"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı
Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"
22 oktyabrQılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə
12 oktyabrİngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar
İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər
14 oktyabrAzərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar
18 oktyabrAzərbaycanı U-19 dünya çempionatında doqquz boksçu təmsil edəcək
Monteneqronun Budva şəhərində keçiriləcək 19 yaşadək boksçular arasında dünya çempionatında Azərbaycanı doqquz boksçu təmsil edəcək. Bu barədə -aa Azərbaycan Boks Federasiyasından məlumat verilib. 12 gün davam edəcək yarış oktyabrın 16-da start götürəcək. Baş məşqçi Elbrus Rzayev U-19 dünya çempionatınd
15 oktyabr