Qərb Moldovanı silahlandırır: Qaqauz Kişinyov üçün təhlükəyə çevrilir

Qərb Moldovanı silahlandırır: Qaqauz Kişinyov üçün təhlükəyə çevrilirUkraynadakı müharibənin qonşu ölkə olan Moldovaya sıçraması riski artır. Xüsusilə Dnestryanı bölgədəki rus hərbçiləri və sovet dönəmindən qalma silah anbarlarının Kişinyov və Kiyev üçün ciddi təhdid yaratdığı bildirilir.

"Kaspi" qəzetinin mövzu ilə əlaqədar məqaləsində deyilir ki, Rusiya-Ukrayna müharibəsi keçmiş sovet respublikalarının əksəriyyətini xarici prioritetlərə yenidən baxmağa məcbur edib. Bu dövlətlər sırasında Moldova xüsusi seçilir. Qonşu dövlətdə müharibə, separatçı Dnestryanı bölgə Moldovanı sürətlə Rusiyadan uzaqlaşdırıb Qərbə doğru istiqamətləndirir. Moldova birmənalı şəkildə Avropa ailəsinin bir üzvü olmağa çalışır. Qərb isə Moldovanın 2030-cu ilə kimi Avropa İttifaqına üzvlüyünü dəstəkləsə də, NATO-ya qoşulmasına qarşı çıxır. Aydın idi ki, Kişinyovun NATO-ya üzvlüyə can atması Moskva tərəfindən ciddi narazılıq doğuracaqdı.

Bu günlərdə Moldova prezidenti Mayya Sandu açıq şəkildə Rusiya sülhməramlılarını Dnestryanı bölgədən çıxmağa çağırıb. Prezidentin çıxışından bir gün əvvəl isə Avropa Şurası Parlament Assambleyası Moldova ərazisindəki Rusiya qoşunlarını işğalçı adlandırıb. Rusiya isə cavabında Ukraynada xüsusi əməliyyatın davam etdiyi müddətdə Moldovadan Rusiya qoşunlarının çıxarılmasının mümkünsüzlüyünü bəyan edib.

Kiyev və Kişinyov Dnestryanıda əməliyyat keçirəcək?

Ukrayna xarici işlər naziri Dmitri Kulebanın "Dnestryanı bölgə Ukraynanı Moldova ilə sərhədin bu hissəsində qoşun saxlamağa məcbur edir" bəyanatı ciddi rezonans doğurub. Dərhal da bu o anlama gəlib ki, Kiyev bölgədə Kişinyovla birlikdə əməliyyat apara bilər. Lakin Kiyev nümayəndəsi qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bununla bağlı heç bir tədbir görməyəcək, çünki bu, Moldovanın suverenliyi və ərazi bütövlüyü məsələsidir. Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, onlar qonşularına hörmət edirlər və Kişinyovun öz ölkəsini necə inkişaf etdirmək və sol sahildəki separatizm problemini necə həll etmək barədə qərar vermək hüququ var. Bölgədəki silah anbarlarına (keçmiş 14-cü Ordunun təxminən 20 min ton döyüş sursatı) gəldikdə, Kuleba etiraf edib ki, Ukrayna Silahlı Qüvvələrinin bu obyektə diqqəti ortadadır. "İndi istənilən silah qızıla dəyər. Rusiya artıq 50-60-cı illərdə istehsal olunmuş tankları cəbhəyə göndərir. Lakin Dnestryanıdakı həmin anbarda dəqiq nə olduğu və onun hansı vəziyyətdə olması barədə məlumatımız yoxdur", - Kuleba fikrini yekunlaşdırıb.

Xatırladaq ki, Moskva artıq bəyan etmişdi ki, regiondakı rus "sülhməramlıları" üçün hər hansı təhlükə Rusiyaya hücum kimi qiymətləndiriləcək. Moldovalı ekspertlərin çoxu hesab edir ki, Ukraynanın hərbi əməliyyatlar üçün bütün əsasları var.

Qaqauz da Dnestryanı bölgənin ardınca gedə bilər?

Hadisələr ümumilikdə sürətlə gərginliyə doğru gedir. Moldovanın Qaqauz Muxtar Ərazi Birliyində baş verən geosiyasi döyüşlər fonunda lider - başkan seçkiləri keçirilib. Bəzi beynəlxalq ekspertlərin fikrincə, Qaqauz əhalisi ənənəvi olaraq rusiyapərəstdir və Kreml onlardan Moldovada sabitliyi pozmaq üçün istifadə edə bilər. Məsələ ondadır ki, Qaqauz muxtariyyətində Aİ ilə yaxınlaşmanı müdafiə edən heç bir siyasi təşkilat yoxdur. Baxmayaraq ki, bütün Moldovada olduğu kimi, orada da avropalılar tərəfindən yaradılan kifayət qədər qeyri-hökumət təşkilatları var. Qaqauz bölgəsi 1994-cü ildə Moldova daxilində xüsusi hüquqi status alıb. Amma o vaxtdan bəri muxtariyyət səlahiyyətləri tam həyata keçirilməyib. Qaqauzları narahat edən odur ki, Rumıniya Moldova ilə birləşsə, o zaman bu, qaqauzların muxtariyyət statusunu itirməsi və assimilyasiyaya uğraması ilə nəticələnəcək. Ona görə də Kişinyovla Avropaya inteqrasiya məsələsində fikir ayrılıqlarının olduğunu bildirirlər. Bu səbəbdən də referendum keçirmək və Moldovada yaşayan xalqların Avropa İttifaqı ilə yaxınlaşmasını istəyirlər. Ukraynada da 40 minə yaxın qaqauz yaşayır və qaqauz muxtariyyətinin Ukrayna ilə 120 kilometr sərhədi var. Birmənalı olaraq Moldovanın NATO-ya daxil olmasına qarşı olan qaqauzlar, Aİ-yə daxil olmaqda da bir qədər tərəddüd edirlər. Onların qənaətincə, Avropa İttifaqı Moldovanı öz sıralarına qəbul etməyəcək. Bir sıra ekspert qiymətləndirmələrinə görə, Rusiya Qaqauzda ikinci Dnestryanı təşkil etməyə çalışacaq. Lakin qaqauzlar iddia edir ki, bu, olmayacaq. Onların Moldovadan ayrılmaq və separatçı istəkləri yoxdur.

Qərb Moldovanı silahlandırır

Yeri gəlmişkən, Qərbin Moldovaya müdafiə potensialının inkişafı üçün 40 milyon avro ayırması da növbəti gərginliyə səbəb olub. Rusiya və Moldova arasında gərginlik artıq diplomatik müharibə həddinə çatıb. Moldova Rusiya səfirliyinin əməkdaşını persona non-qrata elan edib, əlavə daha iki əməkdaşın hava limanına xüsusi buraxılışı qadağan edilib. Lakin Rusiya tərəfi bu gərginliyi qəbul etmir. Bildirir ki, diplomatik müharibə səfir də daxil olmaqla, bütün diplomatik korpusun işçilərinin öz ölkələrinə geri göndərilməsi deməkdir.

Bir sözlə, Moldovanı qarşıda çətin günlər gözləyir. Ölkənin bu sınaqdan necə çıxacağını isə söyləmək çətindir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 875   Tarix: 13 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rusiya Ukraynaya dron və raketlərlə zərbələr endirib, azı səkkiz nəfər həlak olub

Rusiya çərşənbə günü Ukraynaya dron və raket hücumu nəticəsində ən azı səkkiz nəfər həlak olub, yaşayış binalarına, sənaye müəssisələrinə və infrastruktura ziyan vurub. Ukrayna rəsmiləri bildiriblər. Reuters-ə istinadən xəbər verir ki, rəsmilər bildirib ki, paytaxt Kiyevdə iki, şimaldakı Priluki şəhərind

7 oktyabr
.

The Guardian: "Husilər Səudiyyə Ərəbistanının hava limanına hücum etdiklərini iddia edirlər"

Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına hücum etdiklərini iddia ediblər. Bununla yanaşı, aviaşirkətlər təhlükəsizlik narahatlıqları fonunda Səudiyyə Ərəbistanının paytaxtına uçuşları dayandırmağa başlayıblar. The Guardian-a istinadən xəbər verir ki

9 oktyabr
.

İstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub

Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14

8 oktyabr
.

Vanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib

Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib. Sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 13,

8 oktyabr
.

Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər

Türkiyə Ər-Riyad və İslamabadla birgə müdafiə müqaviləsinin bir hissəsi olaraq Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər. xəbər verir ki, bu barədə Türkiyənin "Türkiye" qəzeti bildirib. Nəşr bildirir ki, "Ölkədə Türkiyə bazasının yaradılması məsələsi gündəmə gətirilib. Əgər bu ba

7 oktyabr
.

İran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio

İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand

7 oktyabr
.

Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək...

Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər. xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğası gözlənilir. Mütəxəssislərin hesablamaların

7 oktyabr
.

Rusiya Ukraynaya kütləvi zərbələr endirdi - Ölənlər arasında uşaqlar da var

Rusiya qüvvələri oktyabrın 7-də Ukraynanın bir sıra şəhərlərinə genişmiqyaslı raket və dron hücumları həyata keçirib. Ən ağır zərbə Çerniqov vilayətinin Prıluki şəhərinə dəyib. Reuters-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının vurulması nəticəsində ən azı 20 nəfər, o cümlədən 5 uşa

8 oktyabr
.

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk

Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığ

8 oktyabr