Parisin Qafqazdakı cəhdləri uğursuz oldu: "Fransanın yeni dünya düzənində yeri yoxdur"
"Fransa tam başa çatması, tarixin arxivinə göndərilməsi an məsələsi olan münaqişəni yenidən alovlandırmaq istəyir. Paris bu məsələdə "müstəsna" rol oynamaq üçün hətta Ermənistana hərbi-siyasi, hüquqi-iqtisadi dəstək verir. Azərbaycan isə olduqca doğru addımlar atır".
Bunu "Report"a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.
O bildirib ki, Fransa 2020-ci ildə baş verən 44 günlük müharibə nəticəsində məğlub olan ölkənin, Ermənistanın yanında yer alıb: "Rəsmi Paris Azərbaycana qarşı dəyişməz mövqedə israr etməkdə maraqlıdır".
Ekspertin sözlərinə görə, Afrikada 15-ə yaxın dövləti hələ də müstəmləkə kimi istismar edən, həmin ölkələrdən qanunsuz olaraq vergi alan Fransanın yeni formalaşan dünya düzənində yeri yoxdur və bu açıq-aşkar görünür: "Vaxtı ilə mövcud olmuş və hazırda özünün tənəzzül dövrünü yaşayan BMT-dən sonrakı dövrdə də Fransaya yer olmayacaq. Biz bunu Fransa Prezidenti Emmanuel Makronun Çinə səfərində, həmçinin Parisin Ankara və Moskva ilə münasibətlərində görə bilərik".
Analitik bildirib ki, Rusiya-Ukrayna müharibəsi Qafqazda boşluq yaradıb və Fransa bu boşluğu Ermənistan və İran kimi məğlub dövlətlərin əli ilə doldurmağa çalışır: "Sülh prosesində ermənilərin müdafiəsi, Laçın yoluna görə Senatda qəbul edilən qətnamələr, artıq tarixə qovuşmuş ATƏT-in Minsk qrupunun dirçəldilməsinə yönəlik cəhdlər, Azərbaycana qarşı beynəlxalq təşkilatlarda mövqelər bunun açıq sübutudur. Fransa gah Qarabağa, gah sərhəddə, gah Ermənistandakı səfirliyinə hərbi gözlə baxmaqla (hərbi attaşe təyinatı-red) proseslərdə nişangaha, gülləyə, mərmiyə üstünlük verir. Bu da BMT Təhlükəsizlik Şurası üvünün beynəlxalq sülhün təsisatındakı rolunu kölgə altına salır".
Qeyd edək ki, Belçikanın paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.
Hazırda Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir.
Bu görüş Brüssel formatının bərpasıdır. Çünki Praqada keçirilmiş danışıqlardan sonra Brüssel formatının həyata keçirilməsində müəyyən problemlər yaranmışdı. Belə ki, Parisin müdaxiləsi nəticəsində Fransa və Ermənistan məqsədyönlü şəkildə dördtərəfli formatda görüşün keçirilməsini istəyirdilər və bu istiqamətdə çalışırdılar. Amma Azərbaycan tərəfi buna razı olmadı və nəticə etibarilə də Azərbaycanın iradəsi və qəti mövqeyi sayəsində Brüssel formatında görüş keçirilir və bu danışıqlar Fransasız baş tutur. N.Paşinyan və Ermənistan tərəfi də israrlı şəkildə bu formatda iştirak etməyəcəyini deyərək danışıqlardan boyun qaçırırdılar. Amma sonunda özləri durub gəlməli oldular.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1132 Tarix: 14 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran və Oman razılığa gəliblər
Oman və İran Hörmüz boğazından təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın gələcəkdə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib. Baqayın sözlərinə görə, "İran və Oman arasında məsləhətləşm
8 oktyabrBir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdə
7 oktyabr76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq
Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy
7 oktyabrVanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib
Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib. Sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 13,
8 oktyabr"Delta Air Lines" təyyarəsi "Air Canada" təyyarəsinə qanadla çırpılıb
Delta Air Lines təyyarəsi havaya qalxarkən qanad ucu ilə Air Canada təyyarəsinə toxunub. xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat verib. "Delta Air Lines 7 nömrəli reysi uçuş-enmə zolağına yaxınlaşarkən sol qanad ucu Air Canada 875 nömrəli reysinin üfüqi stabilizatorun
7 oktyabrİstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub
Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14
8 oktyabrİstanbulda bina çökdü: saxlanılanlar var
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala
8 oktyabrNorveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq
Norveç hökuməti dövlət büdcəsi-2027 layihəsi çərçivəsində Dövlət Pensiya Fondundan (Neft Fondu) 608,4 mlrd Norveç kronu (təqribən 64 milyard dollar) istifadə etməyi təklif edib. "Report" xəbər verir ki, bu barədə Norveçin "NRK" teleradio şirkəti xəbər verir. Bu, Neft Fondunun ümum
7 oktyabr