Armen Qriqoryandan şok açıqlama: "Biz Rusiyaya ödədiyimiz pulu geri ala bilmirik, KTMT-dən çıxmaqla bağlı müzakirələr gedir"

Armen Qriqoryandan şok açıqlama: "Biz Rusiyaya ödədiyimiz pulu geri ala bilmirik, KTMT-dən çıxmaqla bağlı müzakirələr gedir"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Novaya qazeta Europe" qəzetinə müsahibə verib və burada Ermənistanın xarici siyasəti, xüsusən də Rusiya ilə münasibətləri barədə fikirlərini bölüşüb.

Jurnalist Yan Şenkman Qriqoryandan Ermənistanın Şərqlə Qərb arasında "qəribə rəqsləri"nin nə ilə əlaqəli olduğunu soruşub.

"Burada qəribə heç nə yoxdur. Son illər dünyada və xüsusən də regionumuzda təhlükəsizlik arxitekturası kəskin şəkildə dəyişib. Əvvəllər hər şey aydın və anlaşılan idi. Belə deyək, düşündük ki, telefonla zəng edib, "mənim problemim var" demək olar. Cavabında deyəcəklər ki, yaxşı, əzizim, kömək edəcəyik. Biz gördük ki, bu mexanizm işləmir. Müqavilə öhdəliklərinə əməl edilmir. Bütün təhlükəsizlik konsepsiyamız bunun üzərində qurulub, lakin hələ yenisi yoxdur.

Ermənistanın təhlükəsizliyini təmin etməli olan mexanizmlər iflasa uğrayıb, yeniləri isə qurulmayıb. Bu artıq bir böhrandır", - deyə Qriqoryan bildirib.

Onun fikrincə, belə olan halda yeni mexanizmlər və silah təchizatı lazımdır. "Çünki obyektiv olaraq biz Rusiyaya sifariş verdiyimiz və pulunu ödədiyimiz silahları almırıq",-deyə Ermənistan rəsmisi söyləyib.

Onun sözlərinə görə, söhbət bir neçə sazişdən gedir.

"Biz KTMT-dən də keçən ilin sentyabrında Azərbaycanın Ermənistana hücumu zamanı hərəkətə keçəcəyini gözləyirdik. Bu da alınmadı", -deyə Qriqoryan qeyd edib.

Təhükəsizlik Şurasının katibi Ermənistanda KTMT-dən çıxmaqla bağlı müzakirələrin getdiyini də etiraf edib və bunu "təbii reaksiya" adlandırıb.

Armen Qriqoryan jurnalistin "deyəsən, Rusiya Federasiyasından başqa bir güclə münasibət qurduğunuza görə cəzalandırılırsınız" fikrinə də münasibət bildirib.

"Bəzi yerlərdə haqlı, digərlərində haqsız olduğunuz məqamlar var. 2018-ci ildə Ermənistanda inqilab baş verəndə demişdik ki, bu, daxili demokratik prosesdir, xarici siyasətə təsir etməyəcək. Və biz Rusiya ilə çalışmağa davam etdik, lakin bu, bizim təhlükəsizliyimizə zəmanət vermədi-biz 2020-ci il müharibəsi ilə üzəşdik.

Başqa bir misal- 2013-cü ildə prezident Serj Sarkisyan sonradan Avrasiya İqtisadi ittifaqı kimi tanınan Gömrük İttifaqına daxil olmaq qərarına gəlib. Ona başa salıblar ki, bunu etməsə, Dağlıq Qarabağda problemlər yaranacaq. Sarkisyan üçün İttifaqa daxil olmaqda əsas məqsəd Qarabağın (həmin vaxt Azərbaycanın işğal altında olan torpaqlarının-red) təhlükəsizliyi (hələ də işğal altında qalması-red.) idi. Lakin bundan sonra iki müharibəmiz oldu. 2016-cı ilin apreli və 2020-ci ilin sentyabrı",-deyə Armen Qriqoryan bildirib.

Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1601   Tarix: 14 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İran və Oman razılığa gəliblər

Oman və İran Hörmüz boğazından təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın gələcəkdə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib. Baqayın sözlərinə görə, "İran və Oman arasında məsləhətləşm

8 oktyabr
.

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdə

7 oktyabr
.

76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq

Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy

7 oktyabr
.

Vanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib

Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib. Sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 13,

8 oktyabr
.

"Delta Air Lines" təyyarəsi "Air Canada" təyyarəsinə qanadla çırpılıb

Delta Air Lines təyyarəsi havaya qalxarkən qanad ucu ilə Air Canada təyyarəsinə toxunub. xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat verib. "Delta Air Lines 7 nömrəli reysi uçuş-enmə zolağına yaxınlaşarkən sol qanad ucu Air Canada 875 nömrəli reysinin üfüqi stabilizatorun

7 oktyabr
.

İstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub

Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14

8 oktyabr
.

İstanbulda bina çökdü: saxlanılanlar var

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala

8 oktyabr
.

30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı

ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da

7 oktyabr
.

Norveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq

Norveç hökuməti dövlət büdcəsi-2027 layihəsi çərçivəsində Dövlət Pensiya Fondundan (Neft Fondu) 608,4 mlrd Norveç kronu (təqribən 64 milyard dollar) istifadə etməyi təklif edib. "Report" xəbər verir ki, bu barədə Norveçin "NRK" teleradio şirkəti xəbər verir. Bu, Neft Fondunun ümum

7 oktyabr