Valideynlərin NƏZƏRİNƏ - 1 manat ödəmədən uşağınızı müayinə etdirə bilərsiniz - Bu yerlərdə

Valideynlərin NƏZƏRİNƏ - 1 manat ödəmədən uşağınızı müayinə etdirə bilərsiniz - Bu yerlərdəİcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan profilaktik tibbi müayinələrə uşaqların icbari dispanserizasiyası və uşaqların ağız boşluğunun mütəmadi müayinəsi daxildir. İlkin tibbi-sanitariya yardımı üzrə müayinələr uşaqların qeydiyyatda olduqları poliklinika və ya ailə sağlamlıq mərkəzlərində ödənişsiz aparılır.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, profilaktik müayinələr uşaqların sağlamlıqlarının vaxtaşırı yoxlanılması, yarana biləcək xəstəliklərin erkən aşkarlanması, vaxtında müalicəyə cəlb olunmasına və xəstəlik inkişaf etmədən qarşısının alınmasına xidmət edir.

18 yaşadək uşaqların icbari dispanserizasiyası

İcbari dispanserizasiya uşaqların yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq təsdiq edilmiş müayinə cədvəlinə əsasən həyata keçirilir. 3 yaşa qədər uşaqlarda müayinələr il ərzində bir neçə dəfə, 3 yaşdan 18 yaşadək uşaqlarda isə ildə bir dəfə aparılır. Qeyd etməliyik ki, 3 yaşlı uşaqların həkim pediatr tərəfindən müayinəsi 6 aydan bir həyata keçirilir.

Uşaqların müayinəsi həkim-pediatr, oftalmoloq, otorinolarinqoloq (LOR həkimi), həkim-nevropatoloq, loqoped və stomatoloqlar tərəfindən aparılır. Profilaktik müayinələr zamanı uşaqların müxtəlif orqan və sistemlərinin, xüsusilə sinir sisteminin, çəkinin dinamikası və anadangəlmə inkişaf qüsurlarının aşkarlanması, danışıq, qamət, eşitmə, görmə və qulaq, burun, boğaz orqanlarının yoxlanılması, uşağın fiziki və psixi inkişafına nəzarət və digər tibbi xidmətlər göstərilir.

Müayinə zamanı ehtiyac yaranarsa, müvafiq ixtisas həkiminə əlavə müayinə-müalicə üçün göndərişlər verilir. Uşaqlar dispanserizasiya müayinəsinə həkimin çağırışı ilə gətirilir. Uşaqların tibb müəssisəsinə gətirilməsinə və dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməsinə görə məsuliyyəti onların valideynləri və digər qanuni nümayəndələri daşıyırlar.
Uşaqların ağız boşluğunun mütəmadi müayinəsi

Erkən yaş dövründə ağız boşluğunun sanasiyası (müayinəsi) uşaqların ağız boşluğunun gigiyenasını təşviq edən, uşağa dişlərinə düzgün qulluq etməyi öyrədən, həkimdən və stomatoloji alətlərdən qorxmadan vaxtında diş müayinəsinə gəlməyi sövq edən və nəticə etibarı ilə uşaqların ümumi sağlamlığına müsbət təsir göstərən müayinə metodudur.

Uşaqlarda ağız boşluğunun sanasiyası ailə həkimi, sahə pediatrı, sahə terapevti tərəfindən aparılır. Müayinə zamanı ailə həkimi/sahə pediatrı/sahə terapevti uşağın yaş fiziologiyasına uyğun dişlərinin inkişafını qiymətləndirir, hər hansı xəstəliklə bağlı (yaralar-stomatit, aftoz yaralar, gingivit — diş ətinin iltihabı xəstəliyi və s.) ağız boşluğunu sanasiya edir.

İcbari dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartlarına uyğun olaraq ağız boşluğunun müayinəsi ildə 1 dəfə həkim stomatoloq, həkim-cərrah, loqoped tərəfindən də aparılır. Bu zaman 2 yaşlı uşaqlarda süd dişi defektlərinin vaxtında aşkar edilməsi, 3 yaşlı uşaqlarda diş-çənə ilə bağlı müayinə, 4-5 yaşlı uşaqlarda dişdəki defektlərin vaxtında aşkar edilməsi, 1-6-cü sinif şagirdlərində dişlərdə kariyesin əmələ gəlməsi ilə bağlı müayinələr və 7-11-ci sinif şagirdlərində ağız boşluğunun sanasiyası aparılır.

Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməli uşaq yaşında qoyulur. Bunu nəzərə alaraq, uşaqlar arasında xəstəliklərə səbəb olan risk faktorlarının vaxtında aşkar edilməsi və qarşısının alınması, kəskin və xronik xəstəlikləri olan uşaqların erkən aşkar edilməsi, onların müalicəsi və nəzarətə götürülməsi ilkin tibbi-sanitariya yardımının prioritet istiqamətlərindən biridir. Bu baxımdan uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi üçün onların profilaktik müayinələrdən keçirilməsi tövsiyə olunur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1424   Tarix: 22 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021